YAP Gəncə şəhər təşkilatının sədri Vətən Müharibəsi iştirakçısı ilə görüşüb
YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov Vətən Müharibəsi iştirakçısı ilə görüşüb
YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov 44 günlük haqq savaşında möhtəşəm zəfərin qazanılmasına öz töhfəsini verən Vətən Müharibəsi iştirakçısı Fəxrəddin Hacızadə ilə görüşüb.
Görüşdə xalqımızın haqq işi uğrunda canını qurban verən şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Ramil Orucov Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və qətiyyətli siyasəti, hərbi-diplomatik məharəti sayəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunduğundan, otuz ilə yaxındır yurd həsrəti ilə yaşayan məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıtmasına imkan yarandığından qürur hissi ilə danışıb.
O, Fəxrəddin Hacızadənin hərbi əməliyyatlarda göstərdiyi şücaətə görə dövlət təltiflərinə layiq görülməsinin iftixar hissi doğurduğunu vurğulayıb.
Sonda Fəxrəddin Hacızadə Vətən Müharibəsi qaziləri və iştirakçılarına göstərilən diqqət və qayğıya görə ölkə Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.