Sizin Reklam Burada

Siyəzəndə "Gənclər Günü" ilə bağlı tədbir keçirilib

Siyəzəndə "Gənclər Günü" ilə bağlı tədbir keçirilibFevralın 2-də Gənclər Mərkəzində Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 Fevral “Azərbaycan Gəncləri günü”nün təsis edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib, Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar.

Daha sonra dəyirmi masa ətrafında davam etdirilən tədbirdə əvvəlcə dövlət himni səsləndirilib və Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov konfransı giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış edib. Fəal gənclərin iştirak etdiyi tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyinin mütəxəssisi Taryel Həmzəyev, fəal gənc Marifəti Tamerlan, Yeniyetmələr arasında Sambo üzrə Avropa çempionatının qalibi, Gənclər arasında Sambo üzrə Dünya birinciliyinin bürünc mükafatçısı Kamran Qasımov, Vətən müharibəsi iştirakçısı, şəhər 3 saylı tam orta məktəbin Hərbi Hazırlıq rəhbəri İlkin İlyasov və Təhsil Şöbəsinin müdiri Pərvin Ağasıyev çıxış edərək dövlət gənclər siyasəti haqqında ətraflı məlumat veriblər. Çıxışlarda gənc nəslin düzgün yetişdirilməsinin ölkə siyasətində önəmli yer tutması, ölkə gənclərinin bu gün dünyanın müxtəlif ölkələrində aktiv olduqları və bütün ümummilli məsələlərdə dövlətin yanında olduqları xüsusi vurğulanıb.

Sonda yekun sözlə çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin məsul işçisi Günel Ağayeva Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzovun təbrikini tədbir iştirakçılarının nəzərinə çatdıraraq gənclərə göstərilən dövlət qayğısı haqqında danışıb.

Çıxışlardan sonra gənclərin iştirakı ilə müzakirə aparılmış, gənclərin təklifləri dinlənilmişdir.
Tədbirin sonunda 2021-ci il ərzində müxtəlif sahələrdə fərqlənmiş, həmçinin Vətən müharibəsi iştirakçısı olmuş bir qrup gəncə idarə tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilmişdir. Tədbirdə həmçinin 2 Fevral “Azərbaycan Gəncləri günü”ndən bəhs edən videoçarx nümayiş etdirilib. "Gənclər həftəsi" çərçivəsində təşkil olunan tədbirdə 50-dən çox fəal gənc iştirak edib.





#25il
#gənclərgünü
#qalibxalqıngəncləri
#AzərbaycanGəncləriGünü
#AzərbaycanGəncləri
#GənclərHəftəsi2022
#GənclərGünü25il
#SiyəzənGİİ
#GİN

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər