star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Gənclərimizin döyüşlərdə göstərdikləri şücaəti həmişə yüksək qiymətləndirməliyik"

"Gənclərimizin döyüşlərdə göstərdikləri şücaəti həmişə yüksək qiymətləndirməliyik"Gənclər günündə Azərbaycan gənclərinin üstün keyfiyyətləri, uğurları və perspektivləri barədə əlbəttə, çox danışmaq, çox şey yazmaq olar. Ancaq mən isə gənclərimizin vətənpərvərliyi məsələsi üzərində xüsusilə dayanmaq istəyirəm. Bu bir danılmaz həqiqətdir ki, tarixin bütün dönəmlərində və bütün cəmiyyətlərdə məhz gənclər həmişə aparıcı qüvvə, avanqard rolunda çıxış ediblər. Azərbaycanda da bunu həmişə belə görmüşük. Bizim gənclərimiz həmişə inkişafa, yaradıcılığa, elmi tərəqqiyə, müasirliyə meylli olublar.

Ancaq bütövlükdə isə Azərbaycan gənclərini fərqləndirən başlıca keyfiyyət ondan ibarətdir ki, bizim gənclərimiz milli ruhun daşıyıcıları olan, sağlam əqidəli, Vətənə, dövlətə bağlı fərdlərdir. Əksər gənclərimiz həlledici məqamlarda öz potensial enerjilərini bir an belə tərəddüd etmədən ümummilli məqsədlərə, böyük hədəflərimizə həsr edə bilirlər. Biz bunun əyani nümunəsini 44 günlük Vətən müharibəsində gördük. Bu savaş gənclərimizin Vətən məsuliyyətinin özünütəsdiq anı idi. Bəli, gənclərimiz (istər əsgərlərimiz, istərsə də qazilərimiz) İkinci Qarabağ müharibəsi zamanı döyüşlərin önündə gedərək öz canlarını Vətən naminə qurban verməkdən çəkinmədilər.

Azərbaycan gəncliyi bu müharibədə öz milli kimliyini, təəssübkeşliyini, vətənpərvərlik ruhunu parlaq şəkildə nümayiş etdirdi. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gənc əsgərlərinin şücaəti nəticəsində torpaqlarımız mənfur erməni işğalından azad edildi. Biz müharibə zamanı gənclərimizin döyüşlərdə göstərdikləri şücaəti, onların Vətən uğrunda fədakarlıqlarını həmişə yüksək qiymətləndirməliyik. Bu bizim mənəvi borcumuzdur. Mən əminəm ki, Azərbaycanın vətənpərvər gəncliyi bundan sonrakı yaxın-uzaq gələcəkdə də Vətən naminə məsuliyyətini daim qoruyub saxlayacaq və düşmənlərimizin hər zaman layiqli cavabını verəcək.

Fürsətdən istifadə edib bir daha bütün gənclərimizi 2 fevral – Gənclər Günü münasibətilə təbrik edir, hər bir gəncimizə uğur diləyirəm. Gününüz mübarək olsun, əziz gənclər!

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər