Sizin Reklam Burada

İnsan alverindən bəhs edən “Uçan arzular” filmi çəkiləcək

İnsan alverindən bəhs edən “Uçan arzular” filmi çəkiləcəkFilmin məqsədi vətəndaşları insan alverinə qarşı maarifləndirmədən ibarətdir

“İnsan alverinə qarşı mübarizə təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə, Daxili İşlər Nazirliyinin təşkilatı dəstəyi ilə “Uçan arzular” qısametrajlı filminin çəkilməsi və geniş ictimayyət arasında təbliği” layihəsinə start verib.

Layihə barəsində məlumat verən təşkilat sədri Ramiz Alıyev bildirib ki, 3 ay həyata keçiriləcək layihə çərçivəsində əsas məqsəd İnsan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarətdir. Onun sözlərinə görə, layihə çərçivəsində “Uçan arzular” qısametrajlı filmi çəkiləcək. Film insan alveri qurbanı olmuş bir şəxsin həyatından, onun arzularının puç olması, bu bəladan qorunma yollarından bəhs edir.
R.Alıyev onu da bildirib ki, filmin geniş piarı nəzərədə tutulub: “Layihə çərçivəsində həm elektron KİV həm də sosial şəbəkə vasitəsi ilə geniş oxucu kütləsi arasında yayılacaq film vasitəsi ilə vətəndaşlar insan alveri ilə bağlı maariflənəcək. Eyni zamanda facebook sosial şəbəkəsi vasitəsi ilə geniş təbliğat işi həyata keçiriləcək”.

Layihə rəhbəri onu da bildirib ki, çəkiləcək film diskləşdiriləcək və 1000 ədəd disk Bakı şəhərində pulsuz olaraq paylanılacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər