Sizin Reklam Burada

Vikipediya tariximizi bu cür təhrif edir - Zaur Əliyev

Vikipediya tariximizi bu cür təhrif edir - Zaur ƏliyevVikipediyanı yaradanlar sanki millətlər arasında qıcıq yaradacaq məsələləri üzə çıxarır. Bəzi səhifələrdə redaktə etmək imkanı yoxdur. Bəzilərində isə redaktə imkanı açıqdır və ora girən hər kəs öz fikrini, öz əlavəsini yaza bilir.

Bu sözləri Axar.az-a tarixçi Zaur Əliyev Azərbaycanda Vikipediyadakı problemlər barədə danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda Vikipediyanın inkişafı sahəsində dövlət müəyyən addımlar atır, lakin bu, yetərli deyil:

“Azərbaycanda bəzi tarixçi alimlər var ki, dərsliklərdə yanlış informasiyalar verir. Həmin informasiyalar da Vikipediyada əks olunur. Ölkəmizdə Vikipediyanın redaktəsinə məsul olan şəxslər alimlərə müraciət etmirlər. Düşünürlər ki, informasiya dərslikdə varsa, düzdür. Azərbaycanda belə bir fikir formalaşıb ki, düz danışan yalnız bir neçə tarixçi var. Həmin tarixçilər də buna güvənib tarixi öz istədikləri kimi formalaşdırırlar və öz şəxsi reytinqlərindən istifadə edərək insanlara təzyiq edirlər. Halbuki alternativ tarix də var”.

Tarixçi bildirib ki, Vikipediyada 20 Yanvar və Xocalı soyqırımı barədə rəqəmlərin sayı səhv göstərilir:

“Elə bir təsəvvür yaradırlar ki, sanki Xocalı soyqırımını bizim siyasi hakimiyyət həyata keçirib, ermənilər etməyib. Ermənilər də bundan bizə qarşı istifadə edirlər. Şah İsmayıl Xətai ilə bağlı Azərbaycan Vikipediyasında onun Səfəvi hökmdarı olduğu yazılıb. Amma rus və fransız versiyalarında Xətai İran hökmdarı kimi qeyd olunub. Halbuki o vaxt İran dövləti yox idi”.

Z.Əliyevin fikrincə, Vikipediyanın inkişafı üçün redaktorlar alim və tədqiqatçılarla ortaq iş görməlidir:

“Azərbaycanda Vikipediya elm qrupu yaradılmalıdır. Həmin seçilmiş şəxslər müzakirələr aparmalı və buraya ekspertlərin fikirləri də daxil olunmalıdır. Vikipediyaya cəlb olunan şəxslərin bu iş üçün çox zamanı gedir. Buna görə də həmin şəxslərə müəyyən qədər maddi təminat ayrılmalıdır ki, bu işi daha məsuliyyətli yerinə yetirsinlər”.

O qeyd edib ki, tarix elmində və müəyyən mövzularda eyni adamlardan eyni müsahibələr alınır. Azərbaycan mediası, jurnalistləri, televiziyalar eyni insanlardan əl çəkməlidir:

“Azərbaycanda ali təhsil müəssisələrində də bütün ixtisaslar üzrə Vikipediyada iş fakültəsi yaradıla bilər. Bu iş sırf universitet səviyyəsində həyata keçirilsə, Vikipediyada gənclərin fəaliyyəti daha səmərəli olar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər