star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Şəhid qardaşların atasına bulaq tikməyə MANE OLURLAR

Şəhid qardaşların atasına bulaq tikməyə MANE OLURLAR“İki oğlum Vətən müharibəsində şəhid olub. Hazırda yaşadığım Binə qəsəbəsində öz hesabıma onların adına bulaq tikdirmək istəyirəm. Amma qoymurlar”...

Bu fikirləri Modern.az saytına açıqlamasında Vətən müharibəsinin şəhid qardaşları - Elgün və Altay Mövlanovaların atası Tahir Mövlanov bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəbulunda olub. Şəhər meri şəhid bulağının tikilməsinə şifahi şəkildə icazə verib. Amma...

“Binə qəsəbəsində Şam bağının yaxınlığındakı ərazidə bulaq tikdirmək istəyirəm. Xəzər Rayon İcra Hakimiyyəti buna mane olur. Ustalar əraziyə gedəndə polislər tökülüşüb icazə vermədilər. Uzun müddətdir bulağın tikilməsi üçün çalışıram. Amma hələ də daşı daş üstünə qoya bilməmişəm”, - şəhid qardaşların atası narazılıq edib.

Şəhid atası Tahir Mövlanov aidiyyatı qurumları bu məsələdə ona kömək etməyə çağırıb.

Xatırladaq ki, şəhid qardaşlar Vətən müharibəsinin ilk günlərindən fəallıqları ilə seçiliblər. Elgün Mövlanov 2020-ci il sentyabrın 30-da Goranboy rayonunun Ağcakənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Elgün həm də İkinci Qarabağ müharibəsində Lerikin ilk şəhidi olub.

Onun qardaşı, müddətdən artıq hərbi xidmət edən Altay isə bir ay sonra, Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Hər iki qardaş Lerikdə yan-yana dəfn olunublar.

Qeyd edək ki, Elgün və Altay Mövlanovlar məşhur lerikli çoban Xanış Şahıyevin nəvələridir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər