Vəhşi heyvanlarla yaşayan tənha qadın - Foto
Ağsu rayon Ərəbmehdibəy kəndinin ərazində, kənddən təxminən 10 km aralıda, çölün düzündə Mikayılova Əzəmət Möhübbət qızı adlı tənha bir qadının yaşaydığı ilə bağlı sosial şəbəkələrdə video paylaşılıb.
Yazılana görə, ağaclardan özünə çadır düzəldən bu tənha qadına baxan yoxdur. yaşadığı komaya çadır da demək olmaz.
Koldan özünə çadır düzəldən bu qadının dediyinə görə, əvvəllər onun mal-qarası olub. Ancaq, aldadaraq əlindən alıblar. Bununla bağlı bir çox qurumlara müraciət etsə də, ona kömək edən olmayıb . 11 ildir ki, bu düzəngahda vəhşi heyvanların əhatəsində yaşayır .
Qadın bildirib ki, Ərəbmehdibəy kəndinin icra nümayəndəsi, o cümlədən bir çox rəsmi şəxslər onun bu şəraitdə yaşamasını görüblər. Ancaq nə fayda ...
Əzəmət Mikayılova gündüzlər yaxınlıqda ocaq qalayıb, ocağın yanında oturaraq qızını, gecələr isə adi bir qapısı, peçi olmayan koldan düzəltdiyi çadırda quru torpağın üstünə əlinə keçən nəsə bir şey ataraq soyuqda yatır.
Çobanların dediyinə görə, ərazidə tez-tez canavar sürüləri görünür. Canavar sürüləri dəfələrlə mal-qaraya xəsarət yetiriblər.
Kimsəsiz bir qadının çöllükdə, vəhşi heyvanların içində yaşamasına dövlət məmurları necə dözürlər? Bu qədər vicdansızlıq , bu qədər zalımlıq olarmı?
Avrasiya.net