Sizin Reklam Burada

Jurnalist Prokurorluğa çağırıldı, 500 manat cərimələndi

Jurnalist Prokurorluğa çağırıldı, 500 manat cərimələndiRespublika Prokurorluğuna çağırılan jurnalist Fikrət Fəraməzoğlu cərimələnib.

Bu barədə onun özü bildirib:

"Respublika Prokurorluğuna dəvət olunmağıma səbəb ötən gün jamaz.info-da yayımladığım "Xankəndidən Şuşa şəhəri atəşə tutuldu" başlıqlı yazıdır. Prokurorluq belə qənaətə gəlib ki, həmin yazı cəmiyyətin müəyyən təbəqəsində çaşqınlıq yaradıb, müəyyən qisim narahat olub və qorxu keçirib. Təbii ki, bu iddianı qəbul etmədim və uzun sürən müzakirədən sonra hər birimiz öz mövqeyində qaldıq.

Nəhayət, Prokurorluq hesab etdi ki, mən İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsini pozmuşam və məhkəmə bununla bağlı qərar verməlidir.

Ardından Sabunçu rayon Məhkəməsinə gətirildim və hakim Anar Rzayevin sədirliyi ilə proses keçirildi. Hakimin qərarına əsasən mən sözügedən maddə üzrə təqsirli bilinib 500 manat cərimə olundum.
Şübhəsiz həmin qərardan apelyasiya şikayəti verəcəm".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər