Bəzi DSK-ların tərkibində dəyişiklik edildiMərkəzi Seçki Komissiyası (MSK) bəzi dairələrin seçki komissiyalarının tərkibində dəyişiklik edib.

Avrasiya.net xəbər verir ki, bu barədə MSK sədrinin müavini Rövzət Qasımov, MSK katibi Arifə Muxtarova və MSK katibi Mikayıl Rəhimov məlumat veriblər.

Bildirilib ki, 61 saylı dairə seçki komissiyasının həlledici səs hüququ olan Araz Əhmədov, 93 saylı saylı Bərdə şəhər seçki dairəsinin həlledici səs hüququ olan üzvü Şakir Əliyev komissiyaların tərkibindən çıxarılıblar.

Bundan başqa, 13 saylı Xəzər-Pirallahı, 59 saylı Salyan 90 saylı Ağdaş və digər seçki dairələrinə daxil olan komissiyaların tərkibində də bir sıra dəyişikliklər edilib.
Partiya sədri xalqı Müstəqillik Günü münasibətilə təbrik edibFuad Əliyev Azərbaycan xalqını 28 May Müstəqillik günü münasibətilə təbrik etdi

Əziz həmvətənlər!

Azərbaycanın milli bayramı - Müstəqillik günü münasibətilə ürəkdən təbrik edirəm.

1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Xalq Cümhuriyyətinin yaranması tarixi bir hadisə idi. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaranmışdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmizin dünya birliyinin üzvü kimi tanınması prosesi başlanmışdı. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və onun qurucularının xidmətlərini həmişə yüksək qiymətləndirmişdir. Ancaq Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın zaman ərzində yaşaya bildi. Sonra Cümhuriyyət süqut etdi və Azərbaycan xalqı öz dövlət müstəqilliyindən məhrum olundu. Yalnız Sovet İttifaqı dağılandan sonra, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.

Əziz həmvətənlər!

Sizi Azərbaycan xalqının tarixində unudulmaz günlərdən biri olan 28 May Müstəqillik günü münasibətilə təbrik edirəm. Arzu edirəmk ki, Azərbaycanımız daha güclü, bütöv və iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən biri olsun.

Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri
"Ermənistan Azərbaycanla əldə olunan bütün razılaşmaları icra etməlidir"Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb.

Artıq komissiyanın Azərbaycandan və Ermənistandan olan rəhbərləri - Baş nazirin müavini Şahin Mustafayev və Mqer Qriqoryan iki ölkə arasındakı sərhəddə görüşüblər. Növbəti görüşlərin Moskvada və Brüsseldə olacağı açılanıb.

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü "Xalq Cəbhəsi"nə açıqlamasında bildirib ki, proses hələ ki nəzərədə tutulduğu şəkildə davam edir:"Tərəflər üzərlərinə götürdükləri öhdəliklərə uyğun olaraq ilkin addımları atırlar.

Burada narahatlıq doğuran əsas məqam Ermənistanla bağlıdır. Bilirik ki, hazırda ölkənin daxilində radikal qrupların, ekstremist qüvvələrin Paşinyan hakimiyyətinə qarşı mitinqləri keçirilir. Azərbaycanla, elə həm də Türkiyə ilə aparılan danışıqların, prosesin pozulması həmin qüvvələrin əsas istəyi və tələbidir. Paşinyan isə hələlik onların tələblərinə boyun əymir və danışıqlar prosesini davam etdirməkdə qərarlı görünür.

Belə olacağı təqdirdə biz ən qısa müddətdə sərhədlərin müəyyənləşdirilməsi, ardınca sülh müqaviləsinin imzalanması prosesinə, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına şahidlik edə bilərik".

M.Göyüşlü deyib ki, doğrudur, bəzi hallarda Ermənistanın hakim dairələri, siyasətçiləri Qarabağın, oradakı ermənilərin statusunu gündəmə gətirməyə çalışırlar. Lakin artıq bu məsələnin gündəlikdən çıxmasının şahidi olmaqdayıq: "Bu mövzu Azərbaycanın daxili işidir və Ermənistanın burada hansısa bir fikri gündəmə gətirməsi yolverilməzdir.

Ermənistanın bu prosesi pozması mümkünsüz kimi görünür. Çünki Azərbaycanla münasibətlərin normallaşdırılması yalnız Ermənistanın məsələsi deyil. Bu məsələ digər böyük dövlətlərin, beynəlxalq təşkilatların da maraqlarına uyğundur. Ona görə də düşünürəm ki, Paşinyan hətta istəsə belə bu prosesi poza bilməyəcək. Müəyyən ləngimələr ola bilər, amma ümumən prosesin dayandırılması mümkünsüz görünür.

Ermənistan Azərbaycanla əldə olunan bütün razılaşmaları icra etməlidir və edəcək də. Proses zatən Azərbaycanın təklif etdiyi 5 prinsip üzrə aparılır və diktə edən tərəf də rəsmi Bakıdır. Erməni baş nazir radikalların tələbələrinə boyun əyməsə, düzgün qərar verə biləsə, Azərbaycanla prosesi sürətli və beynəlxalq hüququn tələbələrinə uyğun bir şəkildə apararsa bundan onun xalqı, rəhbərlik etdiyi hakimiyyət də bəhrələnəcəkdir".


Putin Əliyevə məktub göndərdiRusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net məktubun mətnini təqdim edir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ölkənizin sosial-iqtisadi inkişafda qazandığı uğurlar hamı tərəfindən qəbul edilib. Azərbaycan dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində mühüm rol oynayır.

Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnunluqla qeyd edirik. Fevral ayında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə, heç şübhəsiz, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə yüksəlməsinə şərait yaradacaq. Bu, dost xalqlarımızın mənafelərinə tam cavab verir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və uğurlar, Azərbaycanın bütün vətəndaşlarına xoşbəxtlik və firavanlıq arzu edirəm".
Gələn həftə Ermənistan-Azərbaycan sərhəd komissiyaları görüşəcəkDövlət sərhədlərinin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının növbəti iclası gələn həftə Moskvada keçiriləcək.

Bu barədə Rusiya xarici işlər nazirnin müavini Andrey Rudenko bildirib.

Xatırladaq ki, mayın 22-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçirilib. Müzakirələr nəticəsində regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası üzrə komissiyanın işinə başlanması istiqamətində gələcək işlərə dair razılıq əldə olunub.

Mayın 24-də Ermənistan və Azərbaycan sərhədində delimitasiya üzrə komissiyaların rəhbərləri - baş nazir müavinlərinin görüşü keçirilib.
Britaniya Kraliçası Prezidenti təbrik etdiBöyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Avrasiya.net xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi və xoş arzularımı çatdırıram.

Ümidvarıq ki, qlobal sağlamlıq problemlərini qətiyyət və mətanətlə birgə dəf edərək, gələcəkdə daha yaxşı günlər yaşayacağıq”.
Ərdoğan Əliyevə məktub göndərdiTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım.

Can Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bu mühüm və əlamətdar ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci kimi qəbul etdiyi qardaş Azərbaycanın haqlı qürurunu və həyəcanını ürəyində böyük xoşbəxtlik hissi ilə duyur.

"Bir millət, iki dövlət" şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm. Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifahının davamlı olması üçün ən xoş diləklərimi bir daha ifadə edirəm".
Bakı Qarabağı tam qaytaracaq – kimsə şübhə etmir!Delimitasiya və demarkasiya üzrə Birgə Komissiyanın işə başlaması məsələsi hələ keçən ay müzakirə edilmişdi və o zaman da nəticə olmalı idi, amma Ermənistan tərəfi razılaşmaları iki dəfə pozdu. Bildiyimiz kimi, delimitasiya prosesinin başlanması məsələsi hələ ötən ilin noyabrında Soçidə Putin, Əliyev və Paşinyan arasında üçtərəfli görüşün yekunlarına əsasən müəyyənləşdirilib. Yeri gəlmişkən, ötən həftə Rusiya XİN-i Bakı ilə İrəvan arasında delimitasiya komissiyasının formalaşdırıldığını bəyan etmişdi. Məhz bu səbəbdən Brüsseldə irəliləyişdən danışmaq mümkün deyil.

Axar.az xəbər verir ki, bu fikirləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov da bölüşüb.

“Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında real olaraq maraqlıdır, çünki bu ölkələrdə böyük rus icmaları mövcuddur. Moskva sülh, əməkdaşlıqda, Cənubi Qafqazın inkişafında, sabitliyində maraqlıdır. AB-nin məqsədi isə yalnız Rusiyaya təcavüz etmək, Rusiyanı prosseslərdən uzaqlaşdırmaqdır. Rusiya və AB tamamilə fərqli motivasiyaya malikdirlər.

Mənim fikrimcə, bu Brüssel danışıqlarında da məhz Azərbaycanın güclü mövqelərdən çıxış etdiyini bir daha izləyə bildik. Biz bunu əvvəllər də görmüşük. Yəni İrəvan rəsmi Bakının xoşuna gəlməyən heç bir təxribatçı bəyanatlara yer vermədi.

İlham Əliyev qarşıya məqsəd qoyub və ona nail olacaq, o, sakitcə qoyduğu məqsədlərinə doğru irəliləyir. Artıq heç kimdə bir şübhə yoxdur ki, bütün Qarabağ son nəticədə Azərbaycanın tam legitim suverenliyinə qayıdacaq. Bunun üçün Azərbaycanın nəhəng diplomatik resursları və güclü ordusu var”, - deyə rusiyalı ekspert qeyd edib.

"Dünənki görüşdə Paşinyana sonuncu dəfə şans verildi"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ev sahibliyi və vasitəçiliyi ilə dünən Brüsseldə baş tutan və 5 saatdan çox çəkən növbəti Əliyev-Paşinyan görüşünün tamamilə Azərbaycanın maraqlarına uyğun keçdiyini deyə bilərik.

Bunu Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya sədri deyib ki, üçüncü Brüssel görüşünün nəticələrini ümumiləşdirsək, Azərbaycanın mövqeyi Ş.Mişelin verdiyi bəyanatda tam əks olunub:

"Bu görüşdə Ermənistan tərəfinin məsuliyyətsiz davranışları nəticəsində bundan əvvəl əldə olunmuş Moskva, Soçi və Brüssel razılaşmalarının icrası prosesinin tormozlandığı çox açıq şəkildə Nikol Paşinyanın diqqətinə çatdırılıb.

İndi kimlərsə Şarl Mişelin bəyanatını məcburi sənəd deyil, tost adlandırırsa, bu onların öz işidir. Ancaq fakt budur ki, Şarl Mişel tərəflərin sıx təmasda qalmağa razılaşdığını və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüş keçiriləcəyini bildirdi. Bu isə o deməkdir ki, növbəti görüşə qədər artıq bir sıra real addımlar atılacaq".

Ə.Hüseynov əlavə edib ki, vəyanat onu deməyə əsas verir ki, bu dəfəki görüş həqiqətən də kifayət qədər məhsuldar keçib və Ermənistanın baş naziri qeyd olunan razılaşmaların icrası üçün hərəkətə keçəcəyi barədə konkret öhdəlik götürüb:

"İyul-avqust aylarına nəzərdə tutulan növbəti görüşə qədər sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması istiqamətində proseslərə start veriləcək. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlər də diqqət mərkəzində saxlanacaq.

Prezident İlham Əliyev həmişəki kimi bu görüşdə də sülh gündəminə sadiqlik nümayiş etdirdi. Rəsmi Bakı Ermənistan rəhbərliyindən də eyni sadiqliyi tələb edir və gözləyir. Bu baxımdan dünənki görüşdə Paşinyana sonuncu dəfə şans verildi.

Əgər Ermənistanın sürüşkən və qeyri-sabit mövqeli baş naziri Kremlin rəhbərinin diktəsi ilə növbəti dəfə Brüsseldə üzərinə götürdüyü öhdəliklərin arxasından qaçsa, o zaman rəsmi Bakı qarşı tərəfi güc yoluyla sülhə məcbur etmək hüququndan istifadə edə bilər.

Bu baxımdan, Brüssel prosesinin artıq aktiv mərhələyə keçdiyini deyə bilərik. Ermənistanın məsuliyyətdən boyun qaçırmaq imkanları tükənib. Artıq yolun sonu görünməkdədir".