Sizin Reklam Burada

ŞƏT-in Zirvə toplantısının nəticələri Azərbaycan üçün faydalı olacaq

ŞƏT-in Zirvə toplantısının nəticələri Azərbaycan üçün faydalı olacaqAstana şəhəri bu gün mühüm beynəlxalq tədbirə ev sahibliyi edir. Dost və qardaş ölkəmiz Qazaxıstanın paytaxtında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçılarının Zirvə görüşü keçirilir. Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfərə gedib. Dövlətimizin başçısı ŞƏT-ə üzv olan ölkələrin rəhbərləri ilə Zirvə toplantısı çərçivəsində ikitərəfli görüşlərə başlayıb.

İstər Zirvə toplantısında, istərsə də ikitərəfli görüşlər əsnasında bir çox aktual məsələlər müzakirə olunacaq. Məlumdur ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü deyil və hələ ki üzv olmağa tələsmir. Lakin Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusuna malikdir. Təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında ölkəmizə dialoq üzrə tərəfdaşlıq statusunun verilməsi haqqında Memorandum imzalanıb. Bu memorandum Azərbaycana ŞƏT üzvləri ilə sıx əməkdaşlıq qurmağa imkan verir.

ŞƏT üçün əsas prioritet istiqamət təbii ki, iqtisadi əlaqələrin inkişaf etdirilməsidir. Azərbaycanı da bu gün ilk növbədə məhz iqtisadi məsələlər maraqlandırır. Çünki Qoşulmama Hərəkatının (QH) fəal üzvü olduğumuza görə hazırda hər hansı siyasi blok və ittifaqlara qoşulmaq kimi bir hədəfimiz yoxdur. Ona görə də Azərbaycan öz maraq və mənafelərindən çıxış edərək bu gün əksər qlobal platformalar kimi Şanxay Əməkdaşlıq Təşkilatı ilə də öncə işgüzar əlaqələr qurmağa üstünlük verir. Dünyanın Çin, Hindistan kimi nəhəng iqtisadiyyatlarını birləşdirən ŞƏT ilə dialoq tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsi bu gün ölkəmizin geoiqtisadi maraqlarına tam cavab verir.

ŞƏT-in Astana Zirvə görüşündə və eləcə də ikitərəfli müzakirələr zamanı heç şübhəsiz ki, Zəngəzur dəhlizi məsələsi də yenidən diqqət mərkəzinə gələcək. Prezident İlham Əliyevin ŞƏT liderləri ilə görüşü zamanı Zəngəzur dəhlizi ilə bağlı yeni reallıqlar və perspektiv imkanlar nəzərdən keçiriləcək. Mümkündür ki, bu müzakirələrin gedişində Zəngəzur dəhlizi ilə bağlı konkret razılaşmalar da əldə oluna bilər. Çünki bu gün faktiki olaraq böyük dövlətlərin hamısı, o cümlədən hətta ABŞ da artıq Zəngəzur dəhlizinin açılmasına xüsusi maraq göstərir. Bu isə heç şübhəsiz ki, Azərbaycana üstün mövqe qazandırır. İnanırıq ki, ŞƏT-in Zirvə toplantısının nəticələri Azərbaycan üçün faydalı olacaq. Prezident İlham Əliyevin ŞƏT-in Astana Zirvəsində iştirakı çoxtərəfli iqtisadi əməkdaşlığa təkan verəcək.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər