Sizin Reklam Burada

ABŞ Azərbaycanın mövqeyi ilə hesablaşır

ABŞ Azərbaycanın mövqeyi ilə hesablaşırİkinci Qarabağ müharibəsi başa çatandan sonra rəsmi Bakı həm Ermənistana, həm də ona havadarlıq edən dövlətlərə israrla başa salmağa çalışırdı ki, Zəngəzur dəhlizinin açılması təkcə region üçün deyil, bütövlükdə dünya üçün əhəmiyyətli məsələdir. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin bu mövqeyi bəzi ölkələrin sərt müqaviməti ilə üzləşirdi və onlar hər vasitə ilə Zəngəzur dəhlizinin açılmasına, eləcə də Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasına mane olurdular. Ancaq bütün təzyiq və süni maneələrə rəğmən hazırda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsini özü üçün ən başlıca vəzifə kimi görən Azərbaycanın Zəngəzur dəhlizinin açılması məsələsində nümayiş etdirdiyi ardıcıllıq və prinsipiallıq nəhayət ki, öz müsbət nəticələrini verməyə başlayır.

Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın Bakıya səfəri və onun Prezident İlham Əliyev ilə görüş zamanı ABŞ-ın regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğulayaraq, Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrimizin strateji səviyyədə daha da inkişaf etdirilməsi məsələlərinin vacibliyini qeyd etməsi də Bakının Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli mövqeyinin düzgünlüyünü ortaya qoyur.

Yeri gəlmişkən, O`braynın Azərbaycana səfərdən öncə Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə etdiyi çıxışda Zəngəzur dəhlizinin açılmasının ABŞ və Avropa İttifaqı üçün vacibliyi barədə yer alan fikirlər də olduqca önəmlidir. Bu çıxışın məzmunundan belə nəticəyə gəlmək olur ki, Ağ Ev yeni geosiyasi və geoiqtisadi planlarını reallaşdırmaqda Bakının dəstəyinə ciddi ehtiyac duyur və bunu Ceyms O’Braynın vasitəsilə dilə gətirib. O’Braynın sözügedən çıxışından ABŞ-ın Mərkəzi Asiyanın ixracatının Rusiya və Çin üzərindən həyata keçirilməsini istəmədiyi bəlli olur. Azərbaycan və Ermənistan arasında sülhün imzalanması isə bunun üçün əlverişli imkanlar aça və Mərkəzi Asiyanı Rusiya və Çinin asılılığından xilas edə bilər.

Hazırda Mərkəzi Asiya ölkələri öz məhsullarını dünya bazarına Rusiya və ya Çin vasitəsilə ixrac edirlər. Ancaq Amerika rəsmisinin sözlərinə görə, onların alternativ üçün Azərbaycanla işləməyə ehtiyacı var: "Bir yol Gürcüstan və Qara dənizdən keçir, digər yol, yəni potensial olaraq daha böyük yol Azərbaycan, Ermənistan və Türkiyədən keçir. Bu mənada müharibəyə son qoymaq və 1990-cı ildən bəri mövcud olan bu dəhşətli münaqişənin başa çatması üçün bizim Ermənistan və Azərbaycan arasında sülh sazişinə ehtiyacımız var. Bizim mesajımız budur: artıq sülh zamanıdır!”.

Rəsmi Bakının hazırkı sülh gündəliyi də zatən ABŞ-ın sülhü tezləşdirmək mövqeyi ilə uyğun gəlir. Azərbaycan tərəfi Ermənistana sülh sazişi imzalamaq üçün bu günlərdə növbəti paketi təqdim edib. Zəngəzur dəhlizinin açılması və O’Braynın çıxışında yer alan məqamların reallaşması üçün heç şübhəsiz ki, ilk növbədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalı, münasibətlər normallaşmalıdır. Lakin rəsmi İrəvan isə sözdə sülhdən danışsa da, ancaq onun sülh ritorikası hələlik sadəcə imitasiya xarakteri daşıyır. Ermənistan rəhbərliyi nə sülhün, nədəki Zəngəzur dəhlizinin əhəmiyyətini tam dərk eləmir.

Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı prinsipial mövqeyi isə tərəfdaşlarımızın artmasına yol açır. Proseslər göstərir ki, biz həm Zəngəzur dəhlizi, həm də Mərkəzi Asiya ilə bağlı düzgün siyasət aparmışıq. Azərbaycanın yeni geosiyasi reallıqlar kontekstində Qərb üçün vacibliyi danılmazdır. Və görünən budur ki, bu həqiqəti artıq Ağ Evdə də dərk etməyə başlayıblar. Ceyms O’Braynın səfəri ABŞ-ın Azərbaycanın mövqeyi ilə hesablaşdığını göstərir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər