Sizin Reklam Burada

Bakıda Qlobal Sammit keçirilir

Bakıda Qlobal Sammit keçirilirBakıda COP29-dan qabaq hər il keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işinə başlayıb.

Avrasiya.net xəbər verir ki, sammitin məqsədi səhiyyə sahəsində nailiyyətləri, iqlim dəyişikliyi kontekstində dünyada ən həssas icmalara diqqət yetirməklə onu qorumaq və genişləndirməyə dəstək olmaqdır.

Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu Dabidə baş tutmuş sammitin uğuruna əsaslanacaq.

Qeyd edək ki, “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq Abu Dabidəki sammitdə elan edilmişdi. Bu il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar, çağırışları müzakirə etmək üçün bir araya gələcək.

Tədbirin açılışında COP29-un müəyyən edilmiş prezidenti və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29-un baş danışıqçısı və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edib. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Dr. Tedros Adhanom Qebreyesus tədbirin açılışında videomüraciətlə çıxış edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər