Sizin Reklam Burada

PA rəsmisi: “Özümüzü xarici amillərdən qorumalıyıq”

PA rəsmisi: “Özümüzü xarici amillərdən qorumalıyıq”44 günlük Vətən müharibəsi tariximizə şanlı Zəfər kimi yazıldı. Biz bununla tarixi ədaləti bərpa etdik. Vətən uğrunda canlarından keçən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda deyib.

S.Yusifova bildirib ki, hazırda dünyada gərgin proseslər baş verir, problemlər meydana çıxır. Bu kontekstdə beyin mərkəzləri fəaliyyətini artırır.

"Beyin mərkəzlərinin dövlətçiliyin idarə olunması, dövlətlə cəmiyyət arasında körpü rolunu oynayır. Onlar həm də qlobal siyasi oyunçulara çevrilir. Hadisələr göstərir ki, gərgin, qlobal problemlər fonunda sabit qalan məsələ milli maraqlardır. Dünya dəyişir və biz özümüzü xarici amillərdən qorumalıyıq. Dövlətimizin başçısının qeyd etdiyi kimi, ədalət gücə əsaslanır", - deyə PA rəsmisi vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər