Mina xəritələrin verməyən Ermənistanı dünya niyə qınamır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demək olar ki bütün çıxışlarında, müxtəlif görüşlərdə təkrar-təkrar deyir ki, Azərbaycan Ermənistanla sülh sazişinə tam hazırdır və Ermənistanın qaərarını gözləyir. Lakinn çox təssüflər olsun ki, erməni tərəfi bu istiqamətdə heç bir addım atmır. Əksinə rəsmi İrəvanın revanşist siyasət yeritməklə manipulyasiya edir. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir.
Azərbaycan 30 ildən sonra öz ərazilərin işğaldan azad etdi. Artıq regionda sabitliyi təmin etmək istiqamətində fəaliyyətini daha da artırıb. Lakin regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir.
Beynəlxalq təşkilatlar eləcə də beynəlxalq ictimaiyyət “Sülh”ü ali və ümumbəşəri dəyər olduğu üçün rəsmi İrəvanını sülhə çağırmalıdır. Habelə Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır.
Azərbaycanın dövlət başçısı prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır. Beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir.
Son hadisələr bir daha göstərdi ki, Ermənistan dövləti dünyada hərbi cinayətkar və terrorçu ölkədir. 13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixli təxribat, eyni zamanda, rəsmi İrəvanın hərbi cinayətlərinə bəraət qazandırılmasına hesablanıb. İşğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan, eyni zamanda, terrorçu ölkə kimi də tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.
13 sentyabr tarixində baş vermiş təxribat və Ermənistanın siyasi-hərbi rəhbərliyinin bütün digər təxribatları Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasına hesablanıb.
Bir daha aydın olur ki, Ermənistan bəzi dövlətlərin for-postu olmaqda davam edir. Bu səbəbdən də bu dövlət müstəqil hətrəkət edə bilmir və yaxud da hiyləgərliyindən əl çəkmir. Sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir və sıravi erməni xalqının maraqlarından çıxış etmədiyini nümayiş etdirir.
Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir.
Bu və ya digər təxribatlara göz yuman eləcə də Ermənistana dəstək göstərən ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər.
Əlbəttə ki, Azərbaycanın beynəlxalq iqtisadi təşəbbüsləri bütün regionun geostrateji əhəmiyyətini artırır. 13 sentyabr tarixində baş vermiş təxribat tək Azərbaycanın yox, ümumiyyətlə bütün regionun iqtisadi və siyasi aktuallığının artmasının qarşısını almaq üçün hesablanıb.
Bu səbəbdən də 13 sentyabr tarixində yaşanmış hərbi insident təsadüfi əlbəttə təsadüfü deyil. Təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır. Bu səbəbdən ölkəmizdə yaşanan milli həmrəylik mühiti strateji resurs kimi qorunmalıdır.
Cari ilin 27 iyun tarixində Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdir ki: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” Belə ki, 13 sentyabr tarixində yaşanmış insident bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır.
13 sentyabr tarixində baş vermiş və rəsmi İrəvanın digər təxribatları bir daha onu göstərir ki, qaçqın və məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qaytarılması prosesində tələsmək olmaz. Bu proses Prezident İlham Əliyev dediyi kimi: “planlı şəkildə həyata keçirilməlidir”. Mövcud istiqamətdəki planların ictimailəşdirilməsi yeni hərbi təxribatların səbəbi ola bilər.
13 sentyabr təxribat və bu kimi digər erməni təxribatları bir daha Xalq-dövlət birliyini, ölkədə həmrəylik mühitinin və siyasi sabitliyin qorunmasının müstəsna əhəmiyyətini göstərir.
13 sentyabr tarixində yaşanmış insident ATƏT-in Minsk Qrupunun dirçəltməsinə xidmət edən simulyasiyadır. 13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır. Belə ki, bu təxribat cari ilin 15-16 sentyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının növbəti samitində Azərbaycana qarşı təzyiqlərinin artırılmasına hesablanıb.
Bir sözlə Ermənistan hər vəchlə Sülh sazişinə imza atmamaqdan ötəri bütün hiyləgərliklərə və davamlı təxribatlara əl atmaqdan əl çəkmir. Bu isə dəmir yumruğun yenidən işə düşməsini labüd edir.
Pənah İmanov
Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri