Azərbaycan hər an Zəngəzuru Ermənistandan ayıra bilər! - Erməni hərbi ekspert HƏYƏCANLANDI
Zəngəzur şəhərinin Ermənistanla əlaqəsinin kəsilməsi ilə bağlı real və qaçılmaz təhlükəni ancaq azərbaycanlıların İşxanasardakı (Qızılcıq-red.) yüksəklikdən çıxarılması ilə aradan qaldırmaq olar.
Bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib.
“Azərbaycan qoşunları Nikolun (baş nazir Paşinyan-red.) birbaşa dəstəyi ilə 2 mərhələdə irəliləyib (2021-ci ilin may və noyabr aylarında) ələ keçirdiyi və möhkəmləndiyi İşxanasar və Qara gölün “lazımsız” yüksəkliklərindən Sünik şəhərini Ermənistanın qalan hissəsi ilə birləşdirən yeganə yola, yəni, Ermənistan-İran dövlətlərarası avtomobil yoluna nəzarət edir.
Bu gün İşxanasardakı Azərbaycan artilleriyası bu yolu rahatlıqla atəş altında saxlamaq imkanına malikdir.
Yəni Sünik (Zəngəzur-red.) təhlükə altındadır deyilir, amma əslində bu mərhələ artıq keçib. Bu təhlükə artıq reallıqdır: hazırda Azərbaycanın Süniki Ermənistandan praktiki olaraq kəsmək üçün hər cür imkanı var.
Və onların Ermənistandakı əsas əlaltısı Nikolun azərbaycanlılarla hansı kağıza imza atmasının heç bir əhəmiyyəti yoxdur, onlar geosiyasi vəziyyətin buna imkan verdiyini hiss edən kimi, həmin kağız heç bir məna kəsb etməyəcək... Yaxud, bəlkə də nəyisə imzalamağı heç gözləməyəcəklər.
Sünikə yaranmış real təhlükəni ancaq azərbaycanlıları İşxanasardan çıxarmaqla sərdən aradan qaldırmaq olar”, – ekspert öz Facebook səhifəsində həyəcanlı şəkildə yazıb.