Sizin Reklam Burada

104 il öncə Bakının qurtulduğu tarix

104 il öncə  Bakının qurtulduğu tarixAzərbaycan Xalq Cümhuriyyəti haqqında xeyli tədqiqat aparılıb, kitablar, məqalələr yazılıb. Ancaq həmin tarixi dövr hər zaman öyrənilməlidir. Çünki tarix keçmişdən ibrət dərsi götürüb gələcəyi qurmaq üçün önəmli bir məqamdır.

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması bizi qürurlandırır. Biz o insanların həyat yoluna nəzər salanda fəxarət hissi keçiririk. Bu insanlarda nə qədər güclü fədakarlıq, sözün yaxşı mənasında bir millətçilik olub ki, mümkün olmayan bir şeyi həyata keçiriblər. Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyə nail olmaqla, 114 min kv. km ərazini dünyaya tanıtmaqla müasir dövlətçiliyimizin əsasını qoyub. Bəlkə də həmin AXC qurulmasaydı Azərbaycan sonrakı dövrlərdə Rusiyanın hansısa muxtar vilayəti kimi qala bilərdi.

Nəhayət 104 il öncə Bakının qurtulduğu tarixə nəzər salaq. Paytaxtın azad edilməsi həm şəhərin, həm də ümumilikdə Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisə olub. Həqiqətən azərbaycanlıların iştirakı və türk qardaşlarımızın dəstəyi ilə yaranan Qafqaz İslam Ordusunun gəlişi minlərlə günahsız insanı fəlakətdən, erməni vəhşiliyindən qurtardı. Bu barədə böyük ziyalı, dahi bəstəkar Üzeyir Hacıbəyli 1918-ci ilin mart-may aylarında ermənilərin bu hərəkətləri ilə bağlı yazırdı ki, əgər Turk qəhrəmanları vaxtında köməyə gəlməsəydilər, azğınlaşmış ermənilər nəinki Bakıda, Şamaxıda, Qubada, bəlkə də bütün Azərbaycanda daşı daş üstə qoymazdılar.


Bakının 6 aylıq işğalna son qoyulması Azərbaycanın demokratik dövlətçilik tarixinin formalaşmasına, dövlət kimi hüquqi və faktiki cəhətdən tanınmasına təkan verdi. Düzdür, Bakının 104 il öncə işğaldan azad olunmasını aşağılamaq istəyən, həmin hadisələri müəyyən məbləğdə pul vəsaitinin ödənilməsi nəticəsində əldə edildiyini qeyd edən milli xəyanətkarlar oldu.

Ümumiyyətlə, Azərbaycanın ədalətli mövqeyinə zərbə vuran, müqqədəs işləri ləkələyənləri lənətləmək, qınamaq lazımdır. O zaman yüzlərlə Azərbaycan və türk əsgəri birlikdə öz şirin canlarından keçib Bakının azad olunması yolunda şəhid oldular. Bu gün biz həmin insanları böyük ehtiram hissilə anırıq. Onların ruhları qarşısında baş əyirik. Hansısa bir şarlatan çıxıb bu müqqədəs işlərə, bu ülvi amallara ləkə yaxırsa onun milli kimliyi, dini, imanı şübhə doğurur.

Azərbaycan Cümhuriyyətinin Baş naziri Fətəlixan Xoylu 1918-ci il, 19 sentyabrda Nuru Paşaya müraciət ünvanlamışdı: “Qafqaz İslam Ordusunun Komandanı Səadətli Nuru Paşa cənablarına! Komandanlığınız altındakı cəsur əsgərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətim şəxsinizə və dünyanın ən cəsur və soylu əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar duyuram“.

Böyük ideallar uğrunda vuruşan və siyasətə əxlaqi dəyərlər gətirən Azərbaycan Xalq Cümhuriyyətnin simaları bizim üçün hər zaman örnək olaraq qalacaqlar. Onların irsi daim öyrənilməlidir.

Sonda o nəhəng insanlardan birinin fikri ilə fikrimi bitirirəm. Cümhuriyyətin önəmli simalarından olan Əli bəy Hüseynzadə yazırdı: "Biz istəyirik ki, ölkəmiz avropalıların mədəsində həzm olunmasın. Onların mədəsində həzm olunmamaq üçün bir çarə varsa, o da onların beyinlərinin məhsulunu alıb həzm etməkdən ibarətdir". Gerçəkdən onlar böyük ideallar uğrunda mübarizə aparırdılar. Lakin dost olmayan qonşu dövlətlər Azərbaycanın uğurunu, dövlət kimi möhkəmlənməsini həm o zaman, həm indi həzm edə bilmirlər. Belə təhlükələr hər zaman gözləniləndir.

Əkrəm Bəydəmirli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər