Sizin Reklam Burada

"Destruktiv müxalifətin «mübarizə strategiyası» dövlətə, dövlətçiliyə, xalqa qarşıdır"

"Destruktiv müxalifətin «mübarizə strategiyası» dövlətə, dövlətçiliyə, xalqa qarşıdır"«Danılmaz faktdır ki, ölkəmizdəki radikal müxalifətin bugünədək atdığı bütün addımlar xaricdəki erməni lobbi təşkilatlarının və Ermənistandakı antiazərbaycan qüvvələrinin fəaliyyəti ilə paralellik təşkil edir. Gecə-gündüz Azərbaycan dövlətinə və millətinə qarşı kampaniya aparan erməni lobbisinin vasitəsinə çevrilən radikal düşərgənin məhz onların planı əsasında fəaliyyət göstərməsi, dövlətimizin milli maraqlarına daim zərbə vurmağa çalışması hər kəsə gün kimi aydındır. Artıq hər kəs bilir ki, destruktiv müxalifətin «mübarizə strategiyası» təkcə hakimiyyətə qarşı deyil, eyni zamanda, dövlətə, dövlətçiliyə, xalqa, bütövlükdə Azərbaycanın müstəqilliyinə, varlığına, haqlı mücadiləsinə qarşı yönəlib.»

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

Kamran Bayramov qeyd edib ki, uzun müddətdir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərə Ermənistandan qeyri-qanuni olaraq hərbçilər və silah, eyni zamanda, beynəlxalq konvensiyalarla qadağan edilmiş piyadalar əleyhinə minalar göndərilir, orada yeni müqavimət nöqtələrinin yaradılmasına cəhdlər olunurdu. Halbuki 10 noyabr Bəyanatının müddəalarına görə, Ermənistan ordusunun birləşmələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalı idi. Digər tərəfdən, düşmən sərhədimizdə yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı. Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 7-də Vladivostokda keçirilmiş 7-ci Şərqi İqtisadi Forumunda çıxışı zamanı açıq şəkildə yeni hərbi qarşıdurma iddiası səsləndirməsi isə düşmənin məqsədini bir daha ortaya qoydu və faktiki olaraq sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu oldu.

Məhz sentyabrın 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdi idi. Müzəffər Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal «Qətiyyətli cavab» əməliyyatını gerçəkləşdirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Qısa vaxt ərzində düşmənin dövlət sərhədimizin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu və Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektlərini darmadağın edildi. Vətən sevgisini öz canından artıq bilən qəhrəman əsgər və zabitlərimiz doğma torpağımızın müdafiəsi zamanı müqəddəs şəhidlik zirvəsinə ucaldılar. Canlarını doğma Azərbaycan uğrunda qurban verən şəhidlərimiz həm düşmənə, həm də bütün dünyaya nümayiş etdirdilər ki, bu böyük xalqın qəhrəmanları hər zaman olub, bu gün də var və sabah da olacaq!

K.Bayramov diqqətə çatdırıb ki, Azərbaycan Ordusunun düşmənə verdiyi layiqli dərs Ermənistana və ermənipərəst dairələrə nökərlik edən, sapı özümüzdən olan baltaları ciddi narahat edib və dərhal Ermənistan hərbi təxribatlara başlayan andan bunlar da canfəşanlıq etməyə başlayıblar.

Belə ki, ölkə daxilində və xaricində fəaliyyət göstərən bu xəyanətkar qruplaşma (Əli Kərimli, Altay Göyüşov, Arif Hacılı, Qubad İbadoğlu, Tofiq Yaqublu, Tural Sadıqlı, Arif Şahmarlı, Sevinc Osmanqızı, Qənimət Zahid, Cəmil Həsənli, Gültəkin kimilər) hərbçilərimizin şəhid olmasını siyasi müzakirə predmetinə çevirməyə və yersiz, eyni zamanda əsassız manipulyasiyalar etməyə çalışır, ermənidən də betər erməni olduqlarını bir daha sübut edirlər. Bu xəyanətkarların Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən və qardaş Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsindən necə böyük narahatlıq keçirdiklərini xalqımız unutmayıb.

Xəyanətkarlığı, əxlaqsızlığı özünə peşə edən bu məxluqları ictimaiyyətimiz yaxşı tanıyır və ikrahla rədd edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər