Sizin Reklam Burada

Bir millətin milli ruhunun bütövlüyü isə nə sərhəd tanıyır, nə də maneə!

Bir millətin milli ruhunun bütövlüyü isə nə sərhəd tanıyır, nə də maneə!Biriləri ölkənin siyasi arenasına yeni adla, amma köhnə missiya ilə transformasiya olunduqdan sonra "Bütöv Azərbaycan" ideyasının təhlükəli olduğunu iddia ediblər və bunu qondarma, əsassız "böyük Ermənistan" cəfəngiyatı ilə müqayisə etmək cəsarətində bulunublar.
İndi kimsə bu yazıda səhifəmi mollaxana cirkabına bulamaq niyyətində olmadığım üçün adını çəkmək istəmədiyim şəxsi görsə ona izah etsin ki, təlimatı haradan aldığından asılı olmayaraq, çox böyük səhv edir. Nə üçün? İndi səbəblərini izah edəcəyəm.

Əvvəla "bütöv" və "böyük" sözləri tamamilə fərqli anlayışları ifadə edir. Yeni "bütöv" , real mövcud olan, ancaq hansısa səbəblərdən parçalanmış, bölünmüş tamın, vahidin ayrı-ayrı parçalarının yenidən bir araya gəlməsi, birləşməsi, bütövləşməsi deməkdir.
"Böyük" isə məchul anlayışdır. Burada söhbət kiçik olanın böyüməsindən, ərazi anlamında başqalarının torpaqları hesabına daha geniş bir coğrafiyaya sahiblənməsindən də gedə bilər.

Digər tərəfdən, Azərbaycan tarixi və çağdaş coğrafi anlayışdır və bu coğrafiyada yerləşən bütün dövlətlər sözügedən ərazini, cüzi istisnalar olmaq şərtilə eyni adla çağırırlar. Həmçinin, bu ərazinin parçalarının hansı dövlətin sərhədləri daxilində yerləşməsindən asılı olmayaraq, Azərbaycan adlanan coğrafiyada yaşayan mütləq çoxluq azərbaycanlılar, yaxud Azərbaycan türkləri, yəni eyni millətin nümayəndələridir. Ermənilərin "Böyük Ermənistan" adlandırdıqları mifik "dövlətin" "ərazi"sində isə heç vaxt ermənilər çoxluq halında yaşamayıb və bu ərazilərə kənardan gəliblər. Əgər təzəcə inkubatordan, yaxud Ərdəbil mollacüməsinin əbasının altından çıxarılan cuppulu partiyanın sədri bunu başa düşmürsə, o zaman siyasətdə nə işi var? Yox əgər başa düşüb deyirsə, deməli o zaman onun üçün Azərbaycanın şimalı, cənubu, şərqi, qərbi yoxdur. Yəni, cuppulu partiyanın cuppulu sədri Qərbi Azərbaycanın, Qərbi Zəngəzurun varlığını da inkar edir... Həmçinin dolayısıyla tarixi torpaqlarımıza qayıdışla bağlı milli hədəflərimizin əleyhinə olduğunu bildirir. Bu arada, İosif Stalinlə bağlı ikinci dünya müharibəsindən qalma bir lətifəni xatırladım. Yazım, siz də oxuyub feyziyab olun.

Müharibənin ən qızğın vaxtında bir nəfər "Qırmızı meydan"da uca səslə "bu bığlı bizi bezdirdi, onun axırına çıxmaq lazımdır" deyə cığır-bağır salır. Adamı tutub Lavrenti Beriyanın yanına gətirirlər. Beriya da onu sorğu-sual edib Stalinin yanına aparır. İosif Stalin isə saxlanılan şəxsdən soruşur ki, ay kişi, sən "bığlı" dəyəndə kimi nəzərdə tuturdun, adam da deyir, "əlbəttə Hitleri, yoldaş Stalin".

Bu zaman Stalin üzünü Beriyaya çevirib soruşur: - Lavrenti, bəs sən kimi nəzərdə tuturdun?
İndi ay cuppulu partiya sədri, biz "Bütöv Azərbaycan" deyəndə hazırda Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan ərazilərimizi, Qərbi Zəngəzuru, bütövlükdə Qərbi Azərbaycanı nəzərdə tuturuq. Bəs sən haranı nəzərdə tutursan?
Zarafat edirəm, sən öl, qorxma. Biz "Bütöv Azərbaycan" deyəndə dünyada yaşayan 50 milyon azərbaycanlının mədəni, mənəvi birliyini nəzərdə tuturuq. Bir millətin milli ruhunun bütövlüyü isə nə sərhəd tanıyır, nə də maneə!

Yaşasın Azərbaycan!!! Zatən adı hər yerdə birdir!

Elçin Mirzəbəyli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər