Sizin Reklam Burada

"Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı"

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.

Tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir. İllər keçsə belə şəxsiyyətlər unudulmur və xalqın ürəyində yüksələrək, tarixin yaddaşında əbədi olaraq layiq olduqları yeri tuturlar. Lakin qeyd etməliyik ki, bəzən böyük şəxsiyyətlərin tarixdə yerini müəyyənləşdirmək üçün zamana belə ehtiyac qalmır. Belə nadir şəxsiyyətlərdən biri Azərbaycan xalqının görkəmli siyasi və dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevdir.

Xalqımızı tarixin amansız çətinliyindən xilas edərək yaşatmış, inkişafa istiqamətləndirmiş Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti və şəxsi keyfiyyətləri ilə tariximizdə silinməz iz bıraxmışdır. Azərbaycanın ictimai, siyasi və mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev qüdrəti, Heydər Əliyev qayğısı hiss edilməsin. Tarixdə Heydər Əliyev qədər xalqına yaxın olan, onun bütün milli xüsusiyyətlərini bilən, inkişafı üçün bütün qüvvə və bacarığını sərf edən, öz xalqı ilə qürur duyan çox az sayda siyasətçi vardır. Ulu Öndərin həyat və fəaliyyətinə diqqətlə nəzər salsaq görərik ki, dahi lider fəaliyyətinin bütün dövrlərində hər zaman xalqının yanında olmuş, onun qayğıları ilə yaşamış və bütün taleyüklü məsələlərin həll edilməsində xalqına arxalanmışdır.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yeganə məqsəd və amalı xalqına, dövlətinə layiqincə xidmət etmək olmuşdur. Xüsusilə Ulu Öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı olduqca mürəkkəb və eyni zamanda dövlətçiliyimiz üçün həlledici bir məqama təsadüf etmişdir. Ötən əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycan xalqı üzləşdiyi bütün problemlərin yalnız Heydər Əliyevin rəhbərliyi ilə həllini tapa biləcəyinə inanır, təkidlə respublika rəhbərliyinə qayıtmasını tələb edirdi. Çünki o illərdə cərəyan edən proseslər, Azərbaycana qarşı Ermənistanın ərazi iddiaları və ittifaq rəhbərliyinin baş verənlərə münasibətdə aşkar şəkildə bu ölkənin mövqeyini dəstəkləməsi göstərirdi ki, Azərbaycana qətiyyətli rəhbər lazımdır. Bu rəhbər isə yalnız Heydər Əliyev ola bilərdi.

Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu öndərin Naxçıvanın çətin vaxtlarında doğma yurduna qayıtması bu qədim Azərbaycan torpağını təhlükədən sovuşdurdu. Ən əsası bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

1991-ci il sentyabrın əvvəllərində Naxçıvan MR-nın ictimai-siyasi həyatında onun müqəddəratını həll edəcək mühüm hadisələr baş verdi. Sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. Bu, Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə idi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində sovet ordusu hissələri MR ərazisindən çıxarıldı. Ulu öndərin ən böyük xidmətlərindən biri Naxçıvanı işğal təhlükəsindən xilas etməsi idi. Ali Məclisin Sədri Heydər Əliyevin Türkiyə və İrana səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynadı. Heydər Əliyev Naxçıvan MR-nın rəhbəri olduğu dövrdə muxtar respublikada elmin, təhsilin, mədəniyyətin inkişaf etdirilməsi məsələlərinə əhəmiyyət verilmiş, bu sahələrdə ciddi, yaddaqalan tədbirlər həyata keçirilmişdi. 1991-1993-cü illər arasında Ümummilli lider Heydər Əliyev Naxçıvandakı hakimiyyəti dövründə həyata keçirdiyi müdrik siyasət nəticəsində Muxtar Respublikanı geniş tərəqqi yoluna çıxarmağı bacardı.

Heydər Əliyevin 1991-ci ilin sentyabrında Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycanda dövlət müstəqilliyi uğrunda gedən prosesə ciddi təsir göstərdi, xalqı istiqlal mücadiləsinə doğru istiqamətə yönəltdi. Bu, xalqın böyük arzusu və tələbi ilə dünya miqyaslı siyasətçi Heydər Əliyevin böyük siyasətə yenidən qayıdışının həlledici mərhələsi idi. Qarşıda isə Ulu öndəri daha çətin, eyni zamanda şərəfli bir missiya gözləyirdi.

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşmişdi. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Liderin sayəsində qısa vaxt ərzində ölkəmiz bəladan xilas oldu və müstəqilliyimizin başı üzərində olan btün qara buludlar Heydər Əliyevin müdrikliyi nəticəsində dağıldı.

Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı və müstəqilliyimizi əbədi, dönməz və sarsılmaz etdi. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi əbədi yer tutub.

Artıq Azərbaycan xalqı dərindən anlayır ki, Heydər Əliyev siyasəti xalqı irəli, inkişafa aparan siyasətdir. Bu gün bütün ölkə vətəndaşları haqlı olaraq Azərbaycanın müstəqilliyini dönməz və əbədi etmiş, görkəmli dövlət xadimi Heydər Əliyevlə fəxr edir və bu yolun layiqli davamçısı İlham Əliyev cənablarını ürəkdən dəstəkləyir. İnanırıq ki, bu dahi şəxsiyyətin dühasının işığında və cənab Prezidentimizin rəhbərliyi altında Azərbaycan daha böyük zirvələr fəth edəcək, yeni-yeni zəfərlər qazanacaqdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər