Sizin Reklam Burada

"Azərbaycan Prezidentinin təklif etdiyi 3+3 formatı uğurlu regional təşəbbüsdür”

"Azərbaycan Prezidentinin təklif etdiyi 3+3 formatı uğurlu regional təşəbbüsdür”“Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi 3+3 regional formatı region ölkələri üçün təşəbbüsləri əlaqəli şəkildə həyata keçirmək və addımları razılaşdırmaq baxımından əla imkandır”.

Avrasiya.net xəbər verir ki, bunu Şuşada İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib.

“Bu, çox uğurlu təşəbbüsdür. Növbəti görüşün ilin sonunadək İranda keçiriləcəyini gözləyirik”, - səfir deyib.

Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər ərazilərilə quru yolla birləşdirəcək dəhliz haqqında danışarkən diplomat deyib: “Azərbaycanlı qardaşlarımızın İran ərazisindən keçməklə Naxçıvana səfər etməsinə kömək etmək üçün İran və Azərbaycanın mövcud dəhlizi inkişaf etdirməsi razılaşdırılıb".

“Biz dəmiryolu xəttinin tikintisi, əsasən də Qarabağda istehsal olunacaq elektrik enerjisinin ötürülməsi kommunikasiyalarının yaradılması haqqında razılığa gəlmişik. Bundan başqa, Araz çayı üzərində iki körpünün tikintisi nəzərdə tutulub”, - səfir eyib.

İranın Zəngəzur dəhlizinin açılmasına qarşı olması haqqında fikirləri şərh edən səfir bunun məntiqli olmadığını və İranın bu məsələyə mane olmadığını bildirib.

“Əslində, artıq 30 ilə yaxındır ki, Naxçıvan ilə gediş-gəlişi təmin edən dəhliz mövcuddur. Azərbaycan əhalisi və ölkədən göndərilən yüklər İran ərazisindən keçməklə Naxçıvana çatır. Bu, uzun illər belə olub və belə də davam edir”, - səfir deyib.

“Beynəlxalq münasibətlərdə, diplomatiyada əsaslandığımız vacib məqam budur ki, dövlətlərin milli maraqları digər qonşu dövlətlərin milli maraqları ilə ziddiyyət təşkil etməməlidir”, - səfir fikrini tamamlayıb.

report

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər