Sizin Reklam Burada

"Hər iki xalqın dostluq və qardaşlığı daha da möhkəmlənəcəkdir"

"Hər iki xalqın dostluq və qardaşlığı daha da möhkəmlənəcəkdir"“Azərbaycanla Qazaxıstan arasında imzalanmış strateji münasibətlərin möhkəmləndirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyəti vardır.

Ortaq köklərə və tarixi bağlılığa malik olan Azərbaycan və Qazax xalqları sevindirici haldır ki, bu münasibətləri rəsmi dövlət səviyyəsində də inkişaf etdirməyə nail olublar. Sovet İttifaqı dövründə sıx əlaqələrə malik olan Azərbaycan və Qazaxıstan SSRİ dağıldıqdan sonra da müstəqil dövlətlər kimi bu dostluq münasibətlərini davam etdirmiş və hazırda münasibətlərimiz yeni mərhələyə qədəm qoymaqdadır. Məlumat üçün qeyd etməliyik ki, iki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə yaradılmış və bu əlaqələrin inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Qazaxıstan Respublikasının sabiq rəhbəri Nursultan Nazarbayevin adı ilə bağlı olmuşdur. Sovet imperiyasının dağılmasından sonra öz müstəqilliklərini bərpa etmiş Azərbaycan və Qazaxıstan sovet dönəmində mövcud olmuş dostluq və qardaşlıq münasibətlərində yeni bir səhifə açılmışdır.
İkitərəfli münasibətlərin daha da dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri xüsusilə böyük əhəmiyyət kəsb etmişdir.

Son illər Qazaxıstan - Azərbaycan münasibətlərinin daha da inkişafı və yeni mərhələyə qədəm qoyması isə cənab Prezident İlham Əliyevin adı ilə bağlı olmuşdur. Bildiyimiz kimi Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin daha da yaxşılaşdırılması əsas prioritet istiqamətlərdən birini təşkil etməkdədir. Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyinə təsadüf edən Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevin 24 avqust 2022-ci il tarixində ölkəmizə etdiyi rəsmi səfəri isə əməkdaşlıq əlaqələrinə yeni bir stimul vermişdir. Bu səfər zamanı iki ölkə arasında mövcud olan strateji müttəfiqlik əlaqələrinin daha da dərinləşdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə nail olunmuşdur. İmzalanmış sənədlər əsasında iki qardaş respublika arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin daha da artırılması nəzərdə tutulmuşdur.

Xüsusilə səfər zamanı “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”nin imzalanması böyük əhəmiyyət kəsb edir və iki dövlət arasındakı münasibətlərdə tarixi mərhələnin başlandığını göstərir. Strateji münasibətlərin əsasını qoyan bu sənəd hər iki dövlət arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırmışdır. Məhz Azərbaycanın regionda yaratdığı yeni geosiyasi reallığın fonunda Azərbaycanla Qazaxıstan arasında əlaqələrin genişləndirilməsinə xüsusi ehtiyac vardır. Xüsusilə gələcəkdə Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasında körpü rolunu oynamaqla yanaşı türk coğrafiyasını birləşdirən ən önəmli amil olacaqdır.

Qeyd etməliyik ki, hazırda iki dövlət arasında əməkdaşlığın şaxələndirilməsi üçün siyasi iradə və bir-birindən cəlbedici imkanlar mövcuddur. İnanırıq ki, Azərbaycanla Qazaxıstan arasında mövcud olan və müxtəlif sahələri əhatə edən münasibətlər dərinləşəcək və hər iki xalqın dostluq və qardaşlığı daha da möhkəmlənəcəkdir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər