Sizin Reklam Burada

Aydın Hüseynov: Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir

Aydın Hüseynov: Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir«Azərbaycan və Qazaxıstanı Xəzər regionunda geostrateji mövqe, sıx müttəfiqlik əlaqələri ilə yanaşı ortaq tarix, mədəniyyət və milli köklər bağlayır. Hazırda ölkələrimiz arası münasibətlər özünün ən yüksək mərhələsini yaşayır. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin nümayəndə heyəti ilə Azərbaycana yüksək səviyyəli rəsmi səfəri və qarşılıqlı əməkdaşlığa dair 20 sənədin imzalanması ölkələrimiz arası münasibətlərin gələcək inkişafında böyük perspektivlərin olacağını deməyə imkan verir. Xüsusilə qeyd etmək lazımdır ki, prezidentlərin imzaladıqları «Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram» və «Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə»nin imzalanması ilə iki ölkə arasındakı iqtisadi, ticarət, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdə əlaqələr daha da inkişaf edəcəkdir.»

Avrasiya.net xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov mətbuata açıqlamasında bildirib.

A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin Qazaxıstanın ali ordeni ilə təltif edilməsi ölkə başçımıza Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə görə verilən ən yüksək qiymətdir. Gördüyümüz kimi, Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, ikitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür.
Deputat diqqətə çatdırıb ki, Qazaxıstan xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. 44 günlük Vətən müharibəsi dövründə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından(KTMT) böyük ümidlər bəslədiyi zaman da Qazaxıstan Azərbaycanın ərazi bütövlüyümüzün təmin olunmasına hörmətlə yanaşdığını bildirib.

Bu gün Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz nümunəsidir. İşğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürüdür, humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. Mərkəz Füzuli şəhərində tikiləcək. Eyni zamanda, Qazaxıstanın ölkəmizdəki səfirliyi Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə də hazır olduğunu da bildirib.

Deputat əlavə edib ki, Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Ölkələr arasında nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Orta Dəhliz layihəsi həyata keçirilir. Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq. Cari ilin birinci rübündə ölkələr arasında ticarət dövriyyəsi keçən ilki göstərici ilə müqayisədə 3 dəfə artmışdır. Əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar var. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti var.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər