Sizin Reklam Burada

“Qazaxıstan Prezidentinin Azərbaycana səfəri əlaqələrə yeni təkan verəcək”

“Qazaxıstan Prezidentinin Azərbaycana səfəri əlaqələrə yeni təkan verəcək”“Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri tarixi hadisədir”.

“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov bildirib.

Onun sözlərinə görə, bu, Tokayevin dövlət başçısı kimi Azərbaycana ilk səfəridir: “Həm Kasım-Jomart Tokayev, həm də Azərbaycan Prezidenti İlham Əliyev əvvəllər müxtəlif forum və sammitlərdə görüşüblər. Lakin bu, ilk belə ikitərəfli görüşdür və buna böyük önəm verilir. Axı, iki dövlətin liderləri arasında dialoq çox şey deməkdir”.

Ekspert deyib ki, Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıq üçün bir çox perspektivli istiqamətlər mövcuddur: “Odur ki, bütün sahələrdə - ticari-iqtisadi, humanitar, nəqliyyat, mədəni, elmi, analitik, turizmin inkişafı və sair sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensial var”.

Y.Tukumov Qazaxıstanın qardaş Azərbaycanın ərazi bütövlüyünün bərpasını təkcə sözdə deyil, həm də əməldə dəstəklədiyini və yeni Azərbaycanın quruculuğuna töhfə verməyə hazır olduğunu vurğulayıb: “Belə ki, Azərbaycanda ərazi bütövlüyü bərpa edildikdən sonra faktiki olaraq dövlətçiliyin inkişafında yeni mərhələ başlayıb”.

Politoloq nəqliyyat dəhlizinin inkişafının vacibliyini də qeyd edib: “Bu, Qazaxıstan və Azərbaycan üçün Mərkəzi Asiya, Avrasiya İqtisadi İttifaqı ölkələri və Çin bazarlarına çıxışdır. Çin dünyanın ən mühüm iqtisadiyyatlarından birinə malikdir. Buna görə də biz Qazaxıstan-Azərbaycan münasibətlərinin və əməkdaşlığının inkişafında maraqlıyıq”.

Qazaxıstan Respublikasının Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun beynəlxalq və geoiqtisadi tədqiqatlar şöbəsinin müdiri Aydar Kurmaşev isə bildirib ki, hazırda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə yüklərin logistikası və tranziti kifayət qədər səmərəli deyil:
“Qazaxıstanın təbii müttəfiqi və türk dünyasının əsas ölkələrindən biri olan Azərbaycanla ticari-iqtisadi əlaqələrin inkişafı strateji əhəmiyyət kəsb edir. Ölkələrimizin oxşar maraqları var. Söhbət iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və nəqliyyat-kommunikasiya potensialının genişləndirilməsindən gedir. Bu, əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Bu baxımdan hesab edirəm ki, Qazaxıstan Prezidentinin Bakıya səfəri iki ölkə arasında qarşılıqlı əlaqələrin intensivləşməsində tarixi əhəmiyyət kəsb edəcək”.

Qazaxıstanda fəaliyyət göstərən “Ruhani Janğıru” Sosial İnkişaf İnstitutunun eksperti Oljas Beysenbay isə bildirib ki, son aylarda Qazaxıstan-Azərbaycan münasibətlərində iri infrastruktur layihələrinin həyata keçirilməsi məsələsində mühüm mərhələ başlayıb: “Odur ki, Tokayevin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək. Söhbət xüsusilə, “Dostıq-Moyıntı” dəmir yolunun tikintisindən, konteyner qovşaqlarının, o cümlədən Aktau dəniz limanının və digər rəqabətədavamlı istiqamətlərin inkişafından gedir. İlkin məlumatlara əsasən, 2022-ci ilin 4 ayında Trans-Xəzər marşrutu ilə yükdaşımalar 733 min tona çatıb, yəni 5 min vaqondan çox olub. Bu göstərici bizim potensialımızın tam açılmadığını göstərir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər