Bu gün bir sıra sənədlər imzalanacaq - Tokayev
Dərc olunub:
24-08-2022, 12:34
"Qazaxıstanın Prezidenti kimi Sizin ölkənizə ilk dəfə rəsmi səfərə gəlməyimə şadam. Əlbəttə, bugünkü səfər mənim üçün xüsusi əhəmiyyət kəsb edir".
Avrasiya.net xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüş zamanı bildirib.
Tokayev qeyd edib ki, bugünkü danışıqların yekunlarına əsasən bir sıra sənədlər imzalanacaq: “Əminəm ki, həmin sənədlər ikitərəfli əməkdaşlığı, Qazaxıstan-Azərbaycan münasibətlərini yeni səviyyəyə çatdıracaq”.