Sizin Reklam Burada

"Ermənilərin böyük bir qismi ayılıb"

"Ermənilərin böyük bir qismi ayılıb"Bunu Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

Onun fikrincə, bir sıra ermənilərin Azərbaycan prezidentinə müraciət etməsinin əsas səbəbi onların bölgədə dəyişən durumu düzgün qiymətləndirmələri, Azərbaycanın gücünü və potensialını qəbul etmələridir. 44 günlük müharibəyə qədər Ermənistan rəhbərliyi öz vətəndaşlarına, ermənilərə çoxsaylı yalanlar danışmaqla, öz gücündən mif düzəltməklə məşğul idilər. Ermənilər bu yalana inanmışdılar. II Qarabağ müharibəsində Azərbaycan ordusunun qəhrəmanlığı bu mifi darmadağın etdi və ermənilərin böyük bir qismi ayıldı:

"Müharibədən sonra Azərbaycan dövləti siyasi-diplomatik yolla Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri qaytardıqda ermənilər sanki ikinci ağır zərbəni aldırlar. Yadınızdadırsa, o zaman ermənilər həmin əraziləri hətta tərk etmək istəmirdilər. Lakin xoşluqla və zorluqla da olsa onlar həmin üç rayondan çıxarıldılar.
Azərbaycan ordusunun və dövlətinin ermənilər üçün sürprizləri bununla bitmədi. Müxtəlif zamanlarda ordumuz önəmli yüksəklikləri, əraziləri qanunsuz erməni silahlı birləşmələrindən geri aldı. Ən nəhayət, hələlik sonuncu zərbə Laçın şəhərinin və Zabux kəndinin də ermənilərdən boşaldılması ilə bağlı prosesin başladılmasıdır.

Bütün bunlar Ermənistanın əvvəlki və indiki rəhbərliyinin uydurduğu erməni mifinin darmadağın edilməsilə nəticələndi. Məncə ermənilərin artıq Azərbaycan prezidentinə müraciətinin əsas səbəbi budur.
Azərbaycan ərazisində bundan sonra dinc, yanaşı yaşamaq istəyən ermənilərə, I Qarabağ müharibəsinə qədər yaşamış ermənilərə və onların ailə üzvlərinə Azərbaycan vətəndaşlığının verilməsini mümkün hesab edirəm. Azərbaycanlılara qarşı qətl, soyqırım, vandalizm aktlarında iştirak etməyən ermənilər vətəndaşlıq ala bilərlər. Digər ermənilər isə mütləq şəkildə etdikləri cinayət əməllərinə görə cavab verməlidirlər. Vətəndaşlıq alan ermənilər Azərbaycan qanunlarına əməl edərək yaşayacaqlarsa problem yoxdur. Əgər hansısa terror, təxribat, separatçı əməllər törətmək istəyəcəklərsə sərt şəkildə cəzalandırılmalıdırlar".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər