İran Bakıdakı səfirini niyə təcili Tehrana çağırdı?

İran Bakıdakı səfirini niyə təcili Tehrana çağırdı?Böyük ehtimalla səfirin qəfil Tehrana çağrılması son qalmaqalla bağlıdır.

Avrasiya.net xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ölkəsinin Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə Tehranda görüşməsi və “iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi istiqamətində səfirə lazımi göstərişlər verməsi” barədə yayılan informasiyanı şərh edərkən bildirib.

Politoloq qeyd edib ki, İsrailin Azərbaycandakı səfirinin “Təbrizin sehrli nağılları”yıla bağlı etdiyi paylaşıma İran səfiri qeyri-diplomatik tərzdə reaksiya vermişdi. Bu reaksiya əks-effekt yaradıb:

“İsrail səfirinin paylaşımı trendə çevrilib, dünyanın müxtəlif ölkələrində “Təbrizin sehrli nağılları” kitabının paylaşımları artıb. İranın xarici işlər nazirinin Azərbaycandakı səfirinə bu hadisə ilə bağlı konkret hansı təlimat verdiyi məlum olmasa da, Seyid Abbas Musəvinin qeyri-diplomatik reaksiyası olmasaydı, İsrail səfirinin paylaşımı böyük rezonans doğurmazdı. İran səfirinin sərt reaksiyası İsrail səfirinin işinə yaradı”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər