Sizin Reklam Burada

"Avropanın enerji təhlükəsizliyi böyük ölçüdə həm də Azərbaycandan asılıdır"

Dünyada baş verən son geosiyasi dəyişikliklər fonunda Azərbaycan xarici siyasət və beynəlxalq əlaqələr müstəvisində tamamilə yeni mərhələyə qədəm qoyur. Avropa İttifaqı (Aİ) ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması da bunun bariz nümunəsidir. İyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyevlə imzaladığı sözügedən Anlaşma Memorandumu bir sıra aspektlərdən olduqca vacib sənəddir. Çünki Avropa İttifaqı ilə enerji sahəsində artıq on beş ildən çoxdur ki, fəal əməkdaşlıq münasibətləri quran Azərbaycan bu Memorandumun imzalanmasından sonra Avropa qitəsinin enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynamağa başlayacaq.

Dövlətimizin başçısının da qeyd etdiyi kimi Azərbaycan artıq Avropanın enerji xəritəsini köklü şəkildə dəyişən bir ölkə halına gəlib. İndi Avropanın enerji təhlükəsizliyi böyük ölçüdə həm də Azərbaycandan asılıdır. Bizə qarşı ənənəvi olaraq həmişə ikili siyasət yürüdən Qərb indi nəhayət ki, Azərbaycanın potensialını və əhəmiyyətini doğru-düzgün dəyərləndirməyə başlayıb. Azərbaycan Avropa İttifaqı ilə konstruktiv əməkdaşlığa böyük önəm verir. Çünki Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır. Bu baxımdan, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var. Yeni Memorandum iqtisadi sahədə mövcud olan güclü tərəfdaşlıq əlaqələrini daha da genişləndirmək üçün olduqca böyük imkanlar yaradır. Ona görə də Azərbaycan Prezidenti imzalanan Memorandumu gələcək üçün mühüm “yol xəritəsi” hesab etməkdə və Aİ ilə planlaşdırılan bütün məsələlərin bundan sonra da uğurla icra olunacağına əminliyini bildirməkdə tamamilə haqlıdır.

Azərbaycan üçün yeni fürsətlər, əlverişli imkanlar yaranıb. Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığının artırılması barədə imzalanan yeni Memoranduma əsasən, Cənub Qaz Dəhlizinin genişləndirilməsi hesabına Azərbaycandan Avropaya ixrac olunan qazın həcmi 2027-ci ildə 20 milyard kub metrə çatdırılacaq. Bu baxımdan, 2027-ci il Avropa İttifaqı üçün çox önəmli hədəfdir. Çünki Avropa İttifaqı qarşıdakı beş il ərzində Rusiya qazından asılılığı tamamilə sıfıra endirmək niyyətindədir. Ona görə də, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu artır. Regionda yaranan yeni vəziyyət Avropa İttifaqını Azərbaycanla enerji sahəsində əməkdaşlığının istiqamətlərini genişləndirməyə sövq edir.

Yaranmış situasiyaya uyğun olaraq Avropa İttifaqı öz enerji təminatı mənbələrinin şaxələndirilməsi və Rusiyadan asılılığa son qoymaq istiqamətində səylərini gücləndirir. Bu da Avropa İttifaqına enerji ixrac edən alternativ ölkələrdən biri kimi Azərbaycanın əhəmiyyətini istər-istəməz artırır. Təbii qazın nəqli sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsi hazırda Aİ-nin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan, srağa gün Bakıda imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu həm Aİ üçün, həm də Azərbaycan üçün yeni əməkdaşlıq mərhələsinin əsasını qoyur.

Ancaq bu Memorandum təkcə iqtisadi sahədə əməkdaşlığımızın dərinləşdirilməsi və qitənin enerji təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşmır. Memorandumun əhəmiyyəti həm də ondadır ki, bu sənəd Aİ ilə Azərbaycan arasında iqtisadi münasibətlərin genişləndirilməsinə stimul verməklə yanaşı, siyasi müstəvidə də əməkdaşlığımızın sıxlaşması üçün yeni imkanlar, yeni perspektivlər yaradır. Beləliklə, Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan Avropanın bölgədə ən etibarlı tərəfdaşlarından birinə çevrilir. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrellin də qeyd etdiyi kimi Azərbaycanla Aİ arasında imzalanan sənəd enerji səmərəliliyi sahəsində əməkdaşlığı gücləndirəcək və Bakı ilə Brüssel arasında gələcək dialoqun əsasını qoyacaq yeni sazişin imzalanması məsələsi də tezliklə gündəmə gələcək. Bütün bunlar onu göstərir ki, Azərbaycan kifayət qədər çevik xarici siyasət yürüdür.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər