Sizin Reklam Burada

Avropa İttifaqı Azərbaycanda həyata keçirilən islahatları yüksək dəyərləndirir

Avropa İttifaqı Azərbaycanda həyata keçirilən islahatları yüksək dəyərləndirirAzərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq birliyə daxil olan ölkələrlə münasibətlərin qurulması dövlətimizin xarici siyasətinin əsasını təşkil etmişdir. Ölkəmiz bu münasibətlərin qurulmasında ilk növbədə milli maraqların qorunmasını təmin etməyə çalışmışdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qurulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasətin məntiqi nəticəsidir ki, hazırda ölkəmiz dünyada öz layiqli yerini tutmuşdur. Xüusilə son illərdə Azərbaycan dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri sıx əməkdaşlıq şəraitində inkişaf etməkdədir.

Azərbaycan Respublikası beynəlxalq təşkilatların işində fəal iştirak edərək milli maraqlarını qlobal səviyyədə müdafiə edir. Dövlətimiz tərəfindən yürüdülən balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət xəttinin əsasını beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı hörmətə əsaslanan əlaqələrin qurulması təşkil etməkdədir. Ölkəmizin belə əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa İttifaqıdır. Əlverişli və mühüm coğrafi mövqedə yerləşən Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biri Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir. Avropa İttifaqı ilə 1993-cü ildə əsası qoyulmuş münasibətlər son illərdə qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etməkdədir.

Avropa İttifaqı Azərbaycana regionun lider dövləti kimi yanaşır və respublikamızda həyata keçirilən iqtisadi-siyasi və hüquqi islahatları yüksək qiymətləndirir. Qarşılıqlı rəsmi səfərlər və imzalanmış mühüm sazişlər nəticəsində əlaqələrimiz daha da dərinləşməkdədir. Son illərdə dövlətimizin başçısının bir neçə dəfə Brüsselə rəsmi səfəri və qarşılıqlı anlaşmalar, eyni zamanda iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri münasibətlərimizin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Səfər çərçivəsində imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu olduqca böyük əhəmiyyət kəsb edir. Bu Memorandum nəticəsində Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu daha da artacaqdır.

Azərbaycan dövlətinin Avropa İttifaqı ilə əlaqəlarinin əsasında enerji məsələləri ilə yanaşı digər sahələrin inkişafı da dayanır. Ölkəmizdə hazırda bütün sahələrdə islahatlar uğurla davam etdirilir. Azərbaycan dövləti üçün Avropa İttifaqı ilə münasibətlər olduqca vacibdir, çünki biz istəyirik ki, həyatımızın bütün meyarları Avropa İttifaqının meyarlarına uyğun olsun. Sevindirici haldır ki, hazırda bütün sahələrdə əlaqələrimiz çox möhkəmdir və bu ikitərəfli maraqlara əsaslanan münasibətlərimizin böyük gələcəyi vardır.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər