Sizin Reklam Burada

Simonyan: Ermənilər o kişi sayəsində sağdır

Simonyan: Ermənilər o kişi sayəsində sağdırQriboyedov olmasaydı, Cənubi Qafqazda kiçik etnik qruplar indiyə qalmazdı. Məhz böyük rus səfiri Qriboyedov Türkmənçay müqaviləsinin arxasında durdu.

Axar.az xəbər verir ki, bu fikirlərlə “Rossiya 1” telekanalının efirində Rusiyanın erməniəsilli jurnalisti Marqarita Simonyan çıxış edib.

“Qriboyedov olmasaydı, Cənubi Qafqazda kiçik etnik qruplar indiyə qalmazdı. O etnik qrupa mən də daxiləm. Biz (ermənilər – red.) o kişiyə görə sağ qaldıq. Qriboyedov böyük adam olub. Gərək ermənilər bunu dərk etsin və unutmasın”, - deyə Simonyan bildirib.

Qeyd edək ki, rus şairi və dövlət xadimi Aleksandr Qriboyedov ermənilər haqqında bu sətirləri yazıb: “Ermənilərin mərkəzi rus torpaqlarında yerləşdirilməsinə icazə verməyin. Onlar elə bir tayfadırlar ki, on il bir yerdə yaşasalar, bütün dünyaya qışqırmağa başlayacaqlar ki, bu, atalarımız və ulu babalarımızın torpağıdır...”

Məhz Qriboyedovun səyi nəticəsində ermənilər Azərbaycanın Qarabağ və İrəvan xanlıqlarının ərazisinə köçürülüb. Azərbaycan torpaqları hesabına ermənilərə dövlət yaratmaq ideyasının müəlliflərindən və onu həyata keçirənlərdən biri də Qriboyedovdur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər