"Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimilərin gələcəyi yoxdur"
”İlham Əliyevin heç bir təbliğata, kampaniyaya ehtiyacı yoxdur. İlham Əliyev 5 il ərzində Azərbyacanı qarışbaqarış gəzib. O, həyata keçirdiyi quruculuq fəaliyyəti ilə özünün qələbəsinə ən böyük təminatı qazanıb. Mən bunu cəsarətlə deyirəm”.
Bu sözlərin müəllifi hamının tanıdığı, “radikal” Gültəkin Hacıbəylidir. İndi xalq bu “radikal” xanıma necə və hansı sözlərə inansın? Bəlkə sabah bu “radikal” libasını da dəyişdi?”
Bunu Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev Baku News-a deyib.
Nizami Verdiyevin sözlərinə görə, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimilərin gələcəyi yoxdur:
“Gültəkin Hacıbəyli və Cəmil Həsənlinin fəaliyətləri göz qabağındadır. Təmsil etdiyi komandalara satqınlıq ediblər. Cəmil Həsənli hətta bunu iki dəfə edib. Səni “cəbhədən” qovduran adamla, necə yenidən bir yerdə ola bilirsən? Bəlkə hakimiyyətdən belə tapşırıq almısan?”
“Sevinc Osmanqızı “mən heç kimi təhqir etmirəm, verlişlərimdə söyüş söymürəm” deyir. Bəli, Sevinc Osmanqızı özü söyüş söymür, o, “milli şura” üzvlərinə tapşırıq verir ki, “Söyün, təhqir edin. Aldığım qrantlardan sizə də nesə ataram”. Bunlarda öz səviyyələrinə uyğun hərəkət edilər. Azərbaycanın əldə olunan uğurlara sevinmək əvəzinə, erməilərlə əlbir olular, Azərbaycan xalqını təhqir edilər. Gültəkin Hacıbəylinin Şuşanın işğaldan azad edildiyi gün və Qələbə Günündə küçələrə axışan insanları “trol” adlandırması nəyin ifadəsidir?”- Nizami Verdiyev bildirdi.
ALDP rəsmisinin sözlərinə görə, Cəmil Həsənlə, Gültəkin Hacıbəyli kimilər özlərini təkçə Azərbaycnada yox, dünyada da biabır ediblər:
““Radikal” Gültəkin və “milli şura” 2013-cü ildə yazdıqları məktubda Vladimir Putini “demokratik və hüquqi dövlət qurucusu” adlandırırdılar. İndi isə Rusiya Prezidentinin ünvanına “diktator”, “hüquq və azadlıqları boğan” kimi ifadələr işlədilər. Dünya siyasətini müəyyənləşdirən ölkələr, çox yaxşı bililər ki, “milli şura”nı hansı ölkə yaradıb. 2013-cu ildə yazdığınız məktubdan da xəbərdardılar. İndi siz “demokrat” libasını geyinməklə deyil”.