Sizin Reklam Burada

Gültəkin Hacıbəyli yenidən “düşərgəni” dəyişmək istəyir

Gültəkin Hacıbəyli yenidən “düşərgəni” dəyişmək istəyir“”Siyasətçi” libasında olan Azərbaycanın “siyasi primadonna”sı Gültəkin Hacıbəyli indi yenidən “düşərgəni” dəyişmək istəyir. Amma inanmıram ki, kimsə onu qəbul etsin”.

Bunu Baku News-a Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin hakimiyyətlə barışmaq istəyinə münasibətində deyib.

Dinarə Məmmədovanın sözlərinə görə, sosial şəbəkələrdə və meydanlarda canfəşanlıq edən - əqidəsini, düşərgəsini dəyişən, “Milli şura”da koordinatorluq edən bu “siyasi primadonna” vaxtı ilə deputat mandatın hesabına varlanmışdır:

“Gültəkin Hacıbəyli və Milli Şuranın sədri Cəmil Həsənli deputat olan dövrdə hakimiyyət nümayəndələrini tərifləyəyirdilər, təşşəkürnamələr yazdırırdılar. Bütün imtiyazlardan yararlanırdılar. Vaxt var idi bu “primadonna” Gültəkin müxalifətçiləri, xüsusilə “radikal” müxalifətçiləri tənqid atəşinə tutmuşdu”.

“Hamımızın yadımızdadır Milli Şuranın “zoom konfransı”ndan yayılan video. Həmin kadrlarda qurumun Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli Azərbaycan neftinin 14 dollara düşdüyü barədə yayılan dezo xarakterli məlumatlara sevindiyini gördük. Milli Şuranın online iclaslarda qurumun rəhbərliyinin küçə söyüşləri ilə danışması onların səviyyəsinin göstəricisidir. Bunlar iclaslarda siyasi, sosial və iqtisadi məsələləri müzakirə etmək əvəzinə, qeybətlə məşğuldurlar. Başqalarını təhqir edirlər.

Bunlarda bir “professor” var, universitetdə dərs dediyi bir zaman var idi, tələbələrdən qiymət yazmaq üçün rüşvət alırdı, indi isə xalqa mənəviyyatdan və əxlaqdan dərs deməyə çalışır. Böyük bir adı daşıyan Şura, xalqın ümidini elə yaranan gündən puç etdi və xalqın mənafeyinə yox, şəxsi maraqlarına xidmət etdiyini göstərdi"- ALDP rəsmisi qeyd edib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər