Sizin Reklam Burada

1969-cu ilin iyul ayı Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi kimi qiymətləndirilir

1969-cu ilin iyul ayı Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi kimi qiymətləndirilirXX əsrin 60 cı illərinin sonunda respublika iqtisadiyyatının, kənd təsərrüfatının zəif inkişafı, iqtisadi çətinliklər rəhbər dəyişikliyi ilə nəticələndi.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gətirildi.

Ulu Öndər o dövrü belə xarekterizə etmişdi:"60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişikliklər aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində yeni metodlar tətbiq edilməli idi"

Heydər Əliyev öz fəaliyyətinə ciddi kadr dəyişikləri ilə başladı. İşgüzar şəxslərin dövlət və hökümət orqanlarında məsul vəzifələrə təyin edilməsi hakimiyyətin nüfuzunun yüksəlməsinə, respublikada mənəvi-psixoloji mühitin sağlamlaşdırilmasına və əmək intizamının möhkəmləndirilməsinə səbəb oldu. Rüşvətxorluğa və korrupsiyaya qarşı sərt mübarizə başlandı. Qarabağda kənd və rayonların sosial-iqtisadi vəziyyəti ilə tanış olan Heydər Əliyev mühüm tədbirlər həyata keçirdi. Xüsusilə Şuşa şəhərinin inkişaf etdirilməsi üçün mühüm qərarlar qəbul etdi.

Ulu Öndər böyük azərbaycanlı idi. Xalqını, dilini, torpağını hər şeydən çox sevirdi. Bütün ömrünü xalqına və dövlətininə həsr etdi. Azərbaycan dili uğrundakı mübarizəsi görülməyə dəyərdi.1978 ci ildə Axərbaycanın yeni konstitutsiyasının qəbulu zamanı Azərbaycan dilinin dövlət dili olması haqqında ayrıca maddənin bu sənədə daxil edilməsi onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri oldu.
Ulu Öndər bütün insanları-fəhlə, kəndli, ziyalı diqqətlə dinləyir və problemlərin qısa zaman ərzində həll olunmasına nail olurdu.
Heydər Əliyevin 1969-1982-ci illərdə rəhbərliyi dövründə 250-dən çox fabrik və zavod salındı.Mərkəzdən yardım almasa belə qısa müddət ərzində kənd təsərrüfatının bütün sahələrinin, neft sənayesinin inkişafına diqqət artırıldı.Bu dövrdə su anbarları yaradıldı,dəmir yolları çəkildi,tikinti işləri sürətləndi. 1971-ci ildə Bakıya Kür su kəməri çəkildi. Bu əhalinin içməli suya təlabatının ödənilməsində əhəmiyyətli addım oldu.

1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması ordu quruculuğunda əsaslı addım oldu. İkinci Qarabağ müharibəsindəki qələbəmizdəki ən böyük uğurlardan biri də bu məktəbin zabitlərinin hərbi səriştəsi oldu. Ulu Öndərin iqtisadi və sosial-mədəni sahədəki uğurları Mərkəzin də diqqətini çəkirdi. Heydər Əliyev 1976-cı ildə Sov.IKP MK Siyasi Bürosunun üzvü seçildi, daha sonra 1982-ci ildə SSRI Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin olundu.

Ulu Öndər orada olduğu müddət ərzində də Azərbaycan xalqı üçün həmişə əlindən gələni əsirgəmədi. Ən böyük azərbaycanlı Heydər Əliyev həmişə "Mən fəxr edirəm ki, azərbaycanlıyam"sözləri ilə qəlbimizə qazındı.

1993-2003-cü illərdə Azərbaycan Prezidenti olan Heydər Əliyev ömrünü bir şam kimi xalqı üçün əritdi. Azərbaycan xalqı çox xoşbəxt xalqdır.Çünki onun qismətinə Heydər Əliyev kimi dahi şəxsiyyət düşmüşdür. Tarix həmişə müəyyən zaman dilimində öz şəxsiyyətlərini yetişdirir. Bizim də ən zəruri məqamımızda meydana çıxan, sehirli çubuğuyla ölkəsinin, xalqının həyatını gözəlləşdirən böyük şəxsiyyət, böyük lider Heydər Əliyevi var və dünya durduqca həmişə xalqının ürəyində var olacaq.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər