Sizin Reklam Burada

"Ermənistanın revanş cəhdlərinin qarşısı qətiyyətlə alınacaq"

"Ermənistanın revanş cəhdlərinin qarşısı qətiyyətlə alınacaq"Bildiyimiz kimi "Laçın dəhlizi"nə alternativ çəkilən yolun tikintisi başa çatıb. Beləliklə, işğal dönəmində orada qeyri-qanuni məskunlaşmış ermənilərin lap yaxın gələcəkdə Laçını tərk edəcəyi artıq heç kimdə şübhə doğurmur. Bunu ermənilərin özləri də, Xankəndidəki separatçı törtöküntüsünə "başçı"lıq edən Araik Arutyunyan da yaxşı başa düşür. Ona görə də necə deyərlər, onlar indidən əl ayağa düşüblər.

Belə ki, Laçının mərkəzindəki və Zabux kəndindəki ermənilər bir tərəfdən ərazini tərk etməyəcəklərini bildirsələr də, ancaq digər tərəfdən isə öz ənənəvi hay xislətlərinə sadiq qalaraq Laçının mərkəzini və kəndlərini talan edir, infrastrukturu dağıdır, ağacları kəsir, evləri yandırırlar. Bu da son nəticədə bölgədə növbəti ekoloji fəlakətin baş verməsi ilə nəticələnə bilər.

Eyni zamanda Xankəndindəki separatçı-terrorçu rejim Zabuxda qanunsuz məskunlaşdırılmış Suriya, Livan ermənilərinin Şuşa rayonunun kəndlərində yerləşdiriləcəyi ehtimalını gündəmə gətirir. Separatçı-terrorçu rejimin qanunsuz "ombudsman"ı Geqam Stepanyanın bu barədə verdiyi təxribatçı açıqlamadan belə məlum olur ki, Zabuxun boşaldılması faktı meydana çıxacağı təqdirdə, mümkün variant kimi oradakı hayların Şuşa rayonunun Böyük və Kiçik Qaladərəsi kəndlərinə köçürülməsi müzakirə oluna bilər.

Ancaq əsl həqiqətdə isə həmin ermənilərin nə Zabuxda, nədəki Şuşanın məlum kəndlərində yerləşdirilməsi, məskunlaşdırılması heç bir hüquqi əsaslara söykənmir. Çünki onlar Azərbaycan vətəndaşı deyil. Ona görə də, ərazidə müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları heç şübhəsiz ki, bu cür qanunsuz məskunlaşdırma cəhdlərinin qarşısını birmənalı surətdə almalıdır. Əks təqdirdə, Azərbaycanın müvafiq güc strukturları bu məsələni gərəyincə həll edəcək, erməni azğınlığının qarşısını alacaqlar.

Rəsmi Bakının nə Ermənistan rəhbərliyinin sərgilədiyi destruktiv mövqeyə, nədəki Xankəndidəki separatçı-terrorçu rejimin qanunsuz əməllərinə sonsuza qədər dözmək niyyəti yoxdur. 44 günlük Vətən Müharibəsində əldə edilən parlaq Zəfərdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan qətiyyətli addımları və dövlətimizin başçısının sülh çağırışlarını da, rəsmi İrəvanın danışıqların ruhuna xələl gətirən əsassız iddia və bəyanatlarını da, erməni müxalifətinin və Xankəndidəki separatçıların revanşist çağırışlarını da dünya birliyi görür.

Həmsədrlik institutunun yenidən dirçəldilməsinə çalışan ABŞ və Fransa da ermənilərin revanşist əhval-ruhiyyəyə köklənməsindən xəbərdardır. Lakin onlar bu faktı görməzdən gəlirlər. Revanşizm çağırışları onları əsla narahat etmir. Ancaq hamı bilməlidir ki, Ermənistan tərəfinin və separatçıların destruktiv fəaliyyətləri, revanşist çağırışları bölgənin gələcək təhlükəsizliyinə ciddi təhdid yaradır və bu təhdidlərin qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi zəruridir. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, Ermənistanın revanş cəhdlərinin qarşısı qətiyyətlə alınacaq. Ermənilər illüziyalarla yaşamamalıdırlar!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər