Sizin Reklam Burada

Ermənistan-Azərbaycan münaqişəsi təkcə regional deyil, qlobal məsələdir

Ermənistan-Azərbaycan münaqişəsi təkcə regional deyil, qlobal məsələdir30 iyun 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı keçirilmiş və konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək çıxış etmişdir.

Çıxışı zamanı ölkə başçımız Qoşulmama Hərəkatının ötən müddət ərzindəki fəaliyyətindən geniş bəhs etmişdir. Dövlətimizin başçısı vurğulamışdır ki, Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada mövcud olan ən böyük təsisatdır. Məlumat üçün bildiririk ki, Azərbaycan dövləti bu böyük təşkilata 2011-ci ildən üzv kimi qəbul olunmuşdur. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar və ölkə başçımızın yürütdüyü müdrik siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan qısa vaxt ərzində bu təşkilatda böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir.

Belə ki, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün təşkilatın sədri seçilmişdir. Daha sonrakı dövrdə isə liderlərin yenidən yekdil qərarı ilə ölkəmizin sədrlik müddəti 2023-cü ilin sonuna qədər uzadılmışdır. Qoşulmama Hərəkatı kimi nəhəng təşkilata Azərbaycanın sədr seçilməsi ölkəmizin nüfuzuna və cənab Prezidentimizin fəaliyyətinə verilmiş ən böyük qiymətdir.

Bakı Konfransında çıxış edən dövlətimizin başçısı dünyada sülhün və sabitliyin qorunması istiqamətində bir sıra addımların atılmasının vacibliyini diqqətə çatdırmışdır. Cənab Prezident xüsusilə Azərbaycanla Ermənistan arasındakı münasibətlərə də öz çıxışında geniş yer vermişdir. Qeyd edilmişdir ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Belə ki, Ermənistan dövləti 30 ilə yaxın müddət ərzində Azərbaycana qarşı təcavüzkar siyasət aparmış və bunun nəticəsində Azərbaycan torpaqlarının 20 faizi mənfur düşmənimiz tərəfindən işğal edilmiş və bir milyona yaxın soydaşımız isə öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Bütün dünyanın gözü qarşısında baş verən bu təcavüzkar siyasətə biganə qalan dünya ictimaiyyəti uzun illər ərzində torpaqlarımızn işğaldan azad edilməsi üçün heç bir əməli iş görməmişdir. Azərbaycanla Ermənistan arasındakı münaqişənin həll edilməsi məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupu isə aradan keçən müddət ərzində münaqişənin həlli istiqamətində hər hansı bir məqsədyönlü iş görməmiş, əksinə münaqişənin həllini yubatmışdır. BMT-nın Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməsi barədə qəbul etdiyi qətnamələr isə ikili standartlar səbəbindən icra edilməmişdir. Bununla yanaşı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq Ermənistana qarşı sanksiyalar tətbiq edilməmiş, əksinə təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında heç bir fərq qoyulmamışdır. Həmçinin aradan keçən müddət ərzində təcavüzkar Ermənistan işğalı möhkəmləndirmiş, ərazilərimizdə qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirmiş, Azərbaycan xalqının mədəni və dini irsini məhv etmişdi. Azərbaycan dövlət başçısı səviyyəsində dəfələrlə bildirmişdir ki, biz Ermənistanla olan münaqişənin sülh yoluyla həllinin tərəfdarıyıq. Lakin bu baş vermədiyi təqdirdə Azərbaycan xalqının və dövlətinin də səbri tükənməz deyil və ehtiyac yaranarsa Azərbaycan işğal altındakı torpaqlarını güc yolu ilə də azad etməyə qadirdir.

Məhz 44 günlük Vətən müharibəsi və əldə edilmiş böyük qələbə cənab Prezidentin verdiyi bəyanatın reallığa çevrilməsi idi. Azərbaycan əldə etdiyi bu Zəfərlə təkcə işğal altında olan torpaqları azad etmədi, eyni zamanda biz beynəlxalq hüququ, ədaləti də bərpa etmiş olduq.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər