Putin Aşqabada gəldi - İlham Əliyevlə də görüşəcək

Putin Aşqabada gəldi - İlham Əliyevlə də görüşəcəkRusiya prezidenti Vladimir Putin Xəzər sammitində iştirak etmək üçün Türkmənistanın paytaxtına uçub.

Ria Novosti xəbər verir ki, bir gün əvvəl Tacikistanda olan Putin orada dövlət başçısı Emomali Rəhmonla danışıqlarda iştirak edib.

 Putin Aşqabadda altıncı Xəzər sammitində iştirak edəcək. Rusiya tərəfi gözləyir ki, sammitdən sonra iştirakçı ölkələrin liderləri regionda əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı razılaşdırılmış mövqelər haqqında kommünike qəbul edəcəklər.

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bir müddət əvvəl jurnalistlərə bildirib.
 Sammit çərçivəsində Putin bir sıra ikitərəfli görüşlər də keçirəcək. Belə ki, dövlət başçısı şəxsi söhbət zamanı Türkmənistanın eks-prezidenti, ölkə parlamentinin yuxarı palatasının sədri Qurbanqulu Berdiməhəmmədovu 65 illik yubileyi münasibətilə təbrik edəcək.

Putinin Türkmənistanın hazırkı prezidenti Serdar Berdiməhəmmədov, Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti İbrahim Rəisi ilə də görüşləri gözlənilir.
 

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər