star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

"Bu ərazilər Azərbaycanın nəzarətinə keçəcək"

"Bu ərazilər Azərbaycanın nəzarətinə keçəcək"“Laçın dəhlizinə alternativ yol çəkildikdən sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana qaytarılacaq”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi onlayn mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, yeni marşrut Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan Üçtərəfli Bəyanatda öz əksini tapıb.

Paşinyan bildirib ki, yeni çəkilən yolun Rusiya sülhməramlılarının nəzarətində olması üçün Moskva ilə danışıqlar aparırlar.

Bundan əlavə, erməni baş nazir diqqətə çatdırıb ki, Laçın şəhəri və Zabux kəndi Azərbaycanın nəzarətinə keçəcək. Bu ərazilərdə yaşayan ermənilər isə yeni evlərlə təmin olunacaq.

Qeyd edək ki, Laçın dəhlizinə alternativ olacaq yeni yol Azərbaycan tərəfindən çəkilir. Yolun bu il ərzində istifadəyə verilməsi planlaşdırılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər