Conson İlham Əliyevə təşəkkür edib
Dərc olunub:
16-06-2022, 14:15
Böyük Britaniyanın Baş naziri Boris Conson Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Avrasiya.net xəbərinə görə, Conson minnətdarlığını IX Qlobal Bakı Forumunun başlaması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda çatdırıb.
Baş nazir IX Qlobal Bakı Forumunun açılışı münasibətilə İlham Əliyevi təbrik edib:
"Keçmişin, indinin və gələcəyin liderlərinə günün ən aktual problemlərini nəzərdən keçirmək üçün bu mühüm fürsəti təmin etdiyiniz üçün bir daha təşəkkür edirəm".