Sizin Reklam Burada

Şuşa Bəyannaməsi. Türkiyə - Azərbaycan münasibətlərinin yeni tarixi mərhələsi

Şuşa Bəyannaməsi.  Türkiyə - Azərbaycan münasibətlərinin yeni tarixi mərhələsiTürkiyə-Azərbaycan münasibətləri günü-gündən daha da inkişaf edərək daha da dərinləşir. Bu münasibətlər digər dövlətlərə də bir nümunə kimi göstərilir. Hər sahədə iqtisadi – siyasi, təhsil, səhiyyə, mədəni, təhlükəsizlik və s. sahələrdə bu münasibətlər ən yüksək nöqtəyə əsil qardaşlıq səviyyəsinə gəlib çatmışdır. Bu qardaşlığın yeni tarixi mərhələsi - Şuşa Bəyannaməsi oldu. Bir il öncə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Şuşada qürurla dalğalanan Azərbaycan və Türkiyə bayraqları altında imzalanan Şuşa Bəyannaməsi bu müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Bu Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir.
Çoxşaxəli olan Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Eləcə də bölgədə inteqrasiya proseslərini stimullaşdırır, əhatəli sülhə yol açır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün də əlavə imkanlar yaradır.

Əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq, Şuşa və Şuşa ətrafının gözəl turizm məkanını çevirilməsinə təkan verəcəkdir.

Digər tərəfdən Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyətli iqtisadi layihələr ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları öz əksini tapıb.

Bu gün işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərində bu iki qardaş ölkənin sıx əməkdaşlığı mövcuddur. Və bu əməkdaşlıq sayəsində yeni iqtisadi prespektivlər açılır. Hansı ki, Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir.

Hərbi əməkdaşlıq isə bu Bəyannamənin strateji əhəmiyyətini artıran əsas amildir. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Bundan sonra da ölkələr bir-birinin təhlükəsizliyini təmin edəcək, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır.

Cənab Prezident İlham Əliyev dəfələrlə bildirib ki, ikinci Qarabağ müharibəsinin ilk gündən, ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan əsil qardaşlıq nümunəsi sərgiləyərək birmənalı, dəqiq və açıq dəstək ifadə edərək bildirdi ki, Azərbaycan tək deyil. Hərtərəfli önəmli əhəmiyyət kəsb edən Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.

Bu Bəyənnamənin imzalanması Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir. Bu isə əlbəttə Müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi yolunda bir həmrəylik nümunəsidir.

Pənah İmanov
Politoloq, siyasi icmalçı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər