Sizin Reklam Burada

"Türk əzəmətinin bərpası Şuşa Bəyannaməsindən başladı"

"Türk əzəmətinin bərpası Şuşa Bəyannaməsindən  başladı"15 iyunda 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsinin 1-ci il dönümüdür. Qeyd edək ki, Bəyanaməni həm Azərbaycan və həm də Türkiyə parlamentləri Şuşa bəyannaməsini ratifikasiya edib.

Politoloq Vüqar Dadaşov "Xalq Cəbhəsi"nə açıqlamasında deyib ki, Bəyanamənin siyasi əhəmiyyəti barədə geniş danışmaq olar, onun vacibliyi, əhəmiyyəti haqqında bəlkə də əhatəli söz tapmaq elə də asan deyil: "1991-ci ildə Azərbaycan xalqının müstəqilliyini əldə etdikdən sonra müasir tariximizdə müstəqil dövlət olaraq imzaladığımız ən çətin və olduqca vacib sənəddir. Mərhum prezident Heydər Əliyevin məharəti ilə imzaladığı əsrin müqaviləsi iqtisadi müstəqilliyimizin, inkişafımızın bünövrəsi, təminatçısı kimi, Şuşa Bəyannaməsi də siyasi müstəqilliyimizin qarantiyasıdır. Sözsüz ki, Şuşa Bəyanaməsinin siyasi, psixoloji nəticələri düşündüyümüzdən də böyükdür.

Elə bir neçə məqamı xatırlamaq Şuşa Bəyanaməsinin həyati vacibliyini açıq göstərir. İlk növbədə, Şuşa Bəyannaməsi 44 günlük vətən müharibəsində qazandığımız qələbənin nəticələrini qoruyub saxlamağı təmin etməklə postmüharibə dövrü üçün siyasi və diplomatik imkanlarımızı genişləndirdi. Nəzərdən qaçırmamalıyıq ki, Rusiya 44 günlük müharibədə bu nəticəni gözləmirdi və bu müharibəni şəxsi, yəni haqlı olaraq Rusiyanın məğlubiyyəti kimi qiymətləndirirdi. Çünki, 44 günlük vətən müharibəsi Rusiyaın hərbi sənayesinin və hərb elminin yararsızlığını üzə çıxarmış oldu. Əslində Rusiyanın 44 günlük müharibədə neytrallığı ona hesablanmışdı ki, Ermənistan Azərbaycanın yeni ərazilərini işğal etməklə,Tovuz döyüşlərindəki çata bilmədiyi məqsədə çatsın. Ancaq Azərbaycan rus-erməni tandeminin planlarını alt-üst etdi. Odur ki, Rusiya Ermənistanı revanşa məcbur edəcəyi tam gözlənilən idi. Amma Şuşa Bəyannaməsi düşmənin revanş istəyinə imkan vermədi".

Politoloq ikinci vacib məqama da toxunub. Bildirib ki, bu Rusiyanın Ukraynaya təcavüzü fonunda daha aydın görünür. SSRİ-ni bərpa etmək arzusu ilə, qırmızı bayraqla keçmiş sovet respublikalarını fəth etmək istəyən Kreml hakimiyyətinin Azərbaycan arzusu da gizli deyildi:

"Başqa bir məqam, Rusiyanın Ukrayna təcavüzünə görə dünyadan təcrid edilmiş, miqyası bilinməyən sanksiyalara məruz qalmış, siyasi, diplomatik, iqtisadi məhrumiyyətlərə düçar olan Rusiyanın yeganə xilas yolu, ümidi Türkiyədir və hansı ki, Şuşa Bəyannaməsinin tələblərinə görə Azərbaycan və Türkiyə siyasi, diplomatik və iqtisadi addımlarını yekun məsləhətləşməsindən və Milli Təhlükəsizlik Şuralarının müzakirəsindın sonra həyata keçirir. Təbii ki, Finlandiya və Isveçin NATO-ya üzvlüyünə əngəl olan Türkiyə Rusiyaya "medvejiy" xidmət göstərməklə Rusiyanın qüvvəsinin parçalanmasının qarşısını müvəqqəti də olsa aldı. Sözsüz ki, Azərbaycan və Türkiyə bunu məsləhətləşmədən həyata keçirməzdi".

V.Dadaşov onu da deyib ki, Şuşa Bəyannaməsinin hüquqi və siyasi tələbləri qardaş Türkiyə və Azərbaycanı mənəvi baxımdan bir dövlət formasında düşünməyi və görünməyi şərtləndirib: "Rusiya - Qərb qarşıdurması, sanksiya və embarqoları fonunda, Avropanın enerji təhlükəsizliyinin ən qısa zamanda təminatçısı kimi Türkiyə və Azırbaycanın həlledici fiqur olması, Şuşa Bəyannaməsi ilə beynəlxal mövqeyini inanılmaz dərəcədə möhkəmlədib və faktiki olaraq Azərbaycan və Türkiyə qlobal oyunçuya çevrilib.

Müstəqillik günü münasibəti ilə Azərbaycanı təbrik edən ABŞ prezidenti Co Baydenin Azərbaycan "sevgisi" məhz məcburiyyətdən idi. Vacib bir məqam da ondan ibarətdir ki, 10 noyabr Moskva üçtərəfli Bəyannaməsi ilə özünü Azərbaycana soxuşduran rus sülhməramlılarını ölkədən çıxarılmasını Şuşa Bəyannaməsi şərtləndirir. Şuşa Bəyannaməsi Azərbaycan dövləti üçün əhəmiyyəti onun müstəqilliyinin saxlanması, ərazi bütövlüyünün, suverenliyinin bərpasının təminatçısı səviyyəsidir. Şuşa bəyannaməsi ilə Türkiyə və Azərbaycan dünya masştabında söz sahibi mövqeyini təsdiq etməklə Türk dünyası üçün tarixi əzəmətini qaytarmağa tarixi imkan yaradır. Türk əzəmətinin bərpası Şuşa bəyannaməsindən başladı".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər