Sizin Reklam Burada

"Türkiyə Rusiya üçün böyük əhəmiyyətə malik dövlətə çevrilib"

"Türkiyə Rusiya üçün böyük əhəmiyyətə malik dövlətə çevrilib"Ukrayna savaşının həm baş verməsi, həm də uzadılması Türkiyənin milli maraqlarına ziddir. Rəsmi Ankaranın həm Rusiya, həm də Ukrayna ilə münasibətləri normaldır və üstəlik, ortaq iqtisadi-ticari maraqları var. Ona görə də, Türkiyə Ukrayna və Rusiya arasında sülh sazişinin imzalanmasına yönəlik cəhdlər göstərir, vasitəçilik missiyasını öz üzərinə götürməyə çalışır.

Bunu Avrasiya.net-ə politoloq Elçin Xalidbəyli Türkiyə Prezidenti Ərdoğanın Ukrayna ilə Rusiya arasında vasitəçilik missiyası üzərindən Ukrayna Prezidenti Zelenski, ardınca rusiyalı həmkarı Putinlə telefon danışığına münasibətində deyib.

Politoloq bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan həm rəsmi Kiyevə, həm də Kremlə Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna prezidentlərinin BMT təmsilçilərinin iştirakıyla görüşünün təşkilini təklif edir. Əgər, bu təklif qəbul edilərsə, Ukrayna savaşının sülh sazişi ilə yekunlaşması istiqamətində müəyyən imkanlar açıla bilər. Halbuki, ABŞ və Böyük Britaniyanın rəsmi Kiyevə güclü təsir imkanlarının olduğunu nəzərə aldıqda, belə bir görüşün baş tutma ehtimalı o qədər də inandırıcı görünmür:

"Bütün bunlara baxmayaraq, hazırda Türkiyə Rusiya üçün olduqca böyük əhəmiyyətə malik dövlətə çevrilib. Çünki, rəsmi Ankara Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacağını açıq şəkildə bəyan edib. Üstəlik, həmin sanksiyaların Türkiyə üzərindən reallaşdırılmasına da imkan verməyəcəyini vurğulayıb. Və bu baxımdan, Kreml Türkiyə ilə strateji tərəfdaşlıqda maraqlıdır".

E.Xalidbəylinin fikrincə, onu da nəzərə almaq lazımdır ki, Kreml Rusiyanı tərk edən Qərb şirkətlərinin yerinin Türkiyə şirkətləri ilə doldurulmasını da təklif edir. Rusiyada işsizliyin qarşısını almaq və daxili bazarı tənzimləmək baxımından, bu, Kreml üçün olduqca önəmlidir:

"Digər tərəfdən, Türkiyə və Rusiyanın bəzi regionlarda ortaq maraqları var. Daha doğrusu, son vaxtlara qədər müəyyən ziddiyyətlər olsa da, indi bu maraqlar uzlaşmağa başlayıb. Xüsusilə də, Ukrayna savaşında uğursuzluq Rusiyanın Liviyada, Suriyada və Cənubi Qafqazdakı mövqelərini zəiflətməyə başlayıb. Bu sıraya yaxın gələcəkdə Orta Asiya da əlavə oluna bilər.
Maraqlıdır ki, Rusiya tədricən Liviya və Suriyadan öz hərbi kontingentini çıxartmaq qərarı verib. Artıq bu prosesə start verildiyi də məlumdur. Ancaq Rusiya tərk etdiyi bölgələrə nəzarətin ABŞ və Qərbin deyil, məhz Türkiyənin əlinə keçməsində maraqlıdır. Eyni prosesin yaxın gələcəkdə Cənubi Qafqaz və Orta Asiya regionlarında da başlayacağı gözlənilir. Kreml xüsusilə də, Cənubi Qafqazdan çıxacağı təqdirdə, öz mövqelərini Türkiyəyə təhvil verməkdə maraqlıdır. Çünki bu, Rusiyanın cənub sərhədlərinin ABŞ və Qərb tərəfindən nəzarətə götürülməsini əngəlləyə bilər".

Politoloq onu da qeyd edib ki, böyük ehtimalla Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə gözlənilən səfəri zamanı bütün bu mövzular geniş şəkildə müzakirə edilə bilər. Yəqin ki, Rusiya xarici işlər naziri Kremlin bu məsələlər ilə bağlı prinsipial mövqeyini rəsmi Ankaranın diqqətinə çatdıracaq: "Ümunmiyyətlə, bu səfər çərçivəsində Rusiya və Türkiyənin ortaq maraqlarına bağlı məsələlər ərtafında prinsipial anlaşmaların ola biləcəyi qətiyyən istisna deyil".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər