Sizin Reklam Burada

MHP sədri 28 May - Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edib

MHP sədri 28 May - Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edib28 May – bu gün hər birimiz üçün xüsusi gündür. Çünki biz hamımız həm qədim tarixin daşıyıcıları, həm də 104 il bundan öncə yazılmış Cümhuriyyətçilik əsərinin qəhrəmanlarıyıq və hazırkı dövlətimiz - Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hüquqi varisidir.

Tarixən Azərbaycan ərazisində bir çox dövlətlər mövcud olub. Çünki biz dövlətçi, dövlət quran millətik. Son 500 illik tariximizdə isə ən parlaq iz buraxan dövlətlərimiz məhz Səfəvi imperiyası və Azərbaycan Xalq Cümhuriyyətidir. Cümhuriyyətin yaradılması bizim dövlətçilik tariximizdə mühüm mərhələ sayılır. Çünki bu bizim xalqımızı bütün Şərqdə ilk demokratik respublikanın qurucusu kimi önə çıxardı.

Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoylu, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və digər qurucu liderlərin yorulmaz səyləri nəticəsində yeni dövlətçiliyimizin əsası qoyuldu. Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycanda yaranması xalqımızın o dövrdə – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır.

Ancaq əfsuslar olsun ki, Ancaq Xalq Cümhuriyyətimiz cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 28-də bolşevik-sovet Rusiyasının 11-ci Qırmızı ordusunun Azərbaycanı işğal etməsi nəticəsində gənc müstəqil Respublikamız süquta uğradı.

Lakin bir kərə yüksələn bayraq həqiqətən də bir daha enməz. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra 28 May - Müstəqillik Günü də dövlət bayramı kimi qeyd olunmağa başladı.

Son iki ildə isə biz bu bayramı işğaldan azad edilmiş torpaqlarımızla birlikdə qeyd edirik. İndi üçrəngli bayrağımız digər ərazilərimizdə olduğu kimi Şuşada, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Qubadlıda, Ağdamda, Zəngilanda, Füzulidə də dalğalanır.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun parlaq qələbəsi yenidən öz tarixi torpaqlarımıza qovuşmağımıza imkan verdi. Ümid edirik ki, vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində olmuş Qərbi Zəngəzura və digər tarixi torpaqlarımıza da yenidən sahiblənməyimiz üçün nə vaxtsa əlverişli şərait yaranacaq.

Bu baxımdan, dövlət başçımız İlham Əliyevin Zəngilana səfəri zamanı Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası məsələsindən danışarkən bir daha 1918-ci il xəritəsinə müraciət edilməsi zərurətini vurğulaması heç də təsadüfi deyildi.

Bu, eyni zamanda həm hazırda Ermənistanda baş qaldıran revanşizmə sərt xəbərdarlıq idi, həm də AXC dövründəki sərhədlərin bərpa edilməsinin bizim tarixi haqqımız olduğunu hər kəsin diqqətinə çatdırmaq məqsədini daşıyırdı. Çünki biz Cümhuriyyətin varisləriyik.

Bayramınınız mübarək olsun, əziz soydaşlar!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər