“İki qardaşı kim ayıra bilər?!” - Ərdoğan
Dərc olunub:
28-05-2022, 16:22
"Biz kədəri də, sevinci də bir olan, sözdə yox, əməldə qardaş olan iki dövlətik".
Avrasiya.net xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.
"Türkiyə kimi bura da bizim vətənimizdir. Doğulduğumuz yerlər kimi bura da bizim yurdumuzdur Türkiyənin hər qarışı da sizin vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!", - Ərdoğan bildirib.