Gələn həftə Ermənistan-Azərbaycan sərhəd komissiyaları görüşəcək
Dərc olunub:
25-05-2022, 13:19
Dövlət sərhədlərinin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının növbəti iclası gələn həftə Moskvada keçiriləcək.
Bu barədə Rusiya xarici işlər nazirnin müavini Andrey Rudenko bildirib.
Xatırladaq ki, mayın 22-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçirilib. Müzakirələr nəticəsində regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası üzrə komissiyanın işinə başlanması istiqamətində gələcək işlərə dair razılıq əldə olunub.
Mayın 24-də Ermənistan və Azərbaycan sərhədində delimitasiya üzrə komissiyaların rəhbərləri - baş nazir müavinlərinin görüşü keçirilib.