Sizin Reklam Burada

"ABŞ-ın Azərbaycana isti "jest"ləri məcburiyyət və reallıqdır"

"ABŞ-ın Azərbaycana isti "jest"ləri məcburiyyət və reallıqdır"Dünyada baş verən geosiyasi proseslər ABŞ başda olmaqla bəzi dövlətlərin Azərbaycana qarşı münasibətinin dəyişməsinə əsas səbəbdir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, sözsüz ki, bu müsbət münasibət sevgidən yox məcburiyyətindən qaynaqlanır: "Təkcə bir fakt: az qala 30 il erməni-rus birləşməsinin işğalında qalan Azərbaycan torpaqlarının, 1 milyona yaxın məcburi köçkün və qaçqınların, viran edilmiş Azərbaycan yaşayış məntəqələri, dağıdılmış mədəniyyətimizin taleyi özünü dünyanın jandarmı kimi aparan ABŞ-ı heç narahat etməyib. Üstəlik Azərbaycana qarşı "930-cu düzəliş" adlanan faktiki sanksiya, ABŞ, Rusiya və Fransanın həmsədirliyi ilə Minsk qrupunun anti Azərbaycan fəaliyyəti ABŞ-ın Azərbaycana qarşı əsl münasibətinin göstəricisidir. Qısası, ABŞ-ın indiki Azərbaycan "sevgisi" reallığın qəbulundan başqa bir şey deyil. Azərbaycanın 44 günlük müharibədə bütün xristian dünyasının Ermənistana hərbi kömək etməsinə baxmayaraq möhtəşəm qələbəsi, Türkiyə ilə müttəfiqlik haqqında imzaladığımız Şuşa bəyannaməsi və ən nəhayət Rusiyan-Ukrayna müharibəsi Azərbaycana ABŞ və onun müttəfiqlərinin münasibətini məcburi halda dəyişməyə vadar edib".

V.Dadaşov qeyd edib ki, məsələnin vacibliyi Rusiya-Ukrayna müharibəsinin yaratdığı faktiki real geosiyasi hərbi və iqtisadi vəziyyətdən qaynaqlanır və nəzərə alsaq ki, Avropa dövlətlərinin qaz təchizatının 40 faizi Rusiyanın payına düşür və bu vəziyyətdən Avropa ölkəkərinə təsir imkanlarını anlamaq elə də çətin deyil: "Qarşıda duran və publik şəkildə elan edilmiş məqsəd budur ki, Avropa rus qazından asılılığını əhəmiyyətli dərəcədə azaltmalıdır, daha doğrusu, Avropa rus qazına alternativ tapmaq məcburiyyətindədir. ABŞ-ın müəllifi olduğu sanksiyalar pakiti elə onun Avropa müttəfiqlərini çətin vəziyyətə salıb. ABŞ məcburdu ki, Avropanın enerji təhlükısizliyini təmin etsin. Rus qazını tez bir zamanda əvəzləmək çox çətin, yeni infrastruktur yaratmaq isə on illərin məsələsidir. Avropaya real hazır infrastruktur məhz Azərbaycanın əsas oyunçu olduğu layihələrdir. Azərbaycanın qaz ixrac xətləri ilə Xəzər hövzəsinin bütün ölkələrdən Avropaya qaz ixrac etməyin ən səmərəli yoludur və qısa zaman daxilində reallaşdırmaq mümkündür. Belə vəziyyətdə İranın da imkanları yaranıb ki, Qərblə və xüsusən də ABŞ-la münasibətlərini normallaşdırsın. Son günlərdə İranla Azərbaycan arasında qaz razılaşması elə müzakirə etdiyimiz Avropanın qaz məsələsinin tərkib hissəsidir. Bildiyimiz kimi, Azərbaycanın Avropaya qaz ixracınıi Türkiyə vasitəsi ilə həyata keçirir və Türkiyə də Qara dənizdə böyük qaz ehtiyatları aşkar edib və tezliklə sənaye ixracına başlayacaq. Belə bir vəziyyətdə Avropanın rus qazından asılılığının yeganə alternativi Azərbaycan və Türkiyənin imkanlarıdır. Odur ki, ABŞ-ın Azərbaycana isti "jest"ləri məcburiyyət və reallıqdır. Hər bir halda Azərbaycan da yaranmış geosiyasi və iqtisadi vəziyyətdən öz maraqları naminə istifadə edəcək və bu şübhəsizdir" .

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər