Sizin Reklam Burada

Türkiyə Qafqazlara geri dönüb

Türkiyə Qafqazlara geri dönübTürkiyə uzun müddət Qafqazlardan çəkilib. Əlbəttə ki, buna tarixi şərait əngəl olub. Ancaq indi Türkiyə Qafqazlara geri dönmüş oldu. Bu geri dönüşə Azərbaycan vasitəçi oldu. Azərbaycan postmüharibə dövründə siyasi arenada önəmli nüfuz qazandı. Xüsusilə də, ikinci Qarabağ müharibəsindən sonra Cənabubi Qafqazda ən güclü dövlət çevrildi.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Elman Vəliyev deyib.

Politoloqun fikrincə, Rusiya Osmanlının Qafqazlarda olmasına əngəl törədib və bunu Türkiyə Cümhuriyyətinə də tətbiq edib: "Lakin Azərbaycan Türkiyə ilə Şuşa müttəfiqlik bəyannaməsini imzaladıqdan, 1921-ci ilin Qars müqaviləsini yenidən təzələdikdən sonra Türkiyə bölgədə mühüm mövqe tutdu. Qarabağda yenidənqurmaq işlərində birinci sırada Türkiyə şirkətləri dayanacaq. Həmçinin müharibədən sonra Ermənistanın da Türkiyə ilə diplomatik danışıqları bərpa etməsi Türkiyənin daha da irəlilədiyini göstərir. Bölgənin spesifikliyi onun strateji mövqeyindədir və bu mövqedə birinci yerdə Azərbaycan dayanır. Türkiyə Ermənistanla sərhədləri açmaq səviyyəsinə qədər gələcək. Türkiyə Ermənistana "öz ərazisindən" Azərbaycana yol verməsini də diktə edəcək. Ermənistan üçün destruktivlik özündən başqasına xələl gətirə bilməz".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər