Sizin Reklam Burada

"ABŞ Prezidentini ədalətli siyasət yürütməyə çağırırıq"

"ABŞ Prezidentini ədalətli siyasət yürütməyə çağırırıq"Milli Həmrəylik Partiyası ABŞ Prezidenti Co Baydenin qondarma erməni soyqırımını yenidən "soyqırım" adlandırması ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda deyilir:

Dünyanın istənilən siyasi lideri kimi ABŞ prezidenti Co Bayden də hansısa anım günü ilə bağlı Ermənistana da, dünya ermənilərinə də başsağlığı verməkdə sərbəstdir. Biz nə Baydenə, nədəki digər liderlərə bunu qadağan edə bilmərik. Ancaq onlar başsağlığı ilə tarixi məsələlərin dəyərləndirilməsini bir-biri ilə qarışdırmamalı və eyniləşdirməməlidir.

ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı yenidən “soyqırım” adlandırması və bəzi Qərb liderlərinin də oxşar mövqe nümayiş etdirməsi yolverilməz haldır və ən yumşaq ifadə ilə desək, tarixə qarşı açıq-aşkar sayğısızlıqdır.

Dünya erməniçiliyinin uydurulmuş iddialarına söykənən 107 illik böyük yalanın – qondarma “ermən soyqırımı”nın anım günü şousuna bəzi liderlərin bu cür məsuliyyətsiz formada dəstək nümayiş etdirməsi və 1915-ci il hadisələri ilə bağlı növbəti dəfə qərəzli münasibət sərgiləyib, tarixi həqiqətləri təhrif etmələri həqiqətən də dərin təəssüf hissi doğurur.

Nəinki rəhbərlik etdikləri ölkələrin xalqlarının, həmçinin bütün bəşəriyyətin taleyi üçün məsuliyyət daşıyan liderlərdən birinin – Birləşmiş Ştatların prezidentinin qondarma “erməni soyqırımı”nı yenidən “soyqırım” adlandırması nə gerçək tarix anlayışı ilə üst-üstə düşür, nədəki heç bir mənəvi-etik çərçivələrə sığmır. Bu, tarixi həqiqətlərin və faktların “zorlanma”sıdır.

Hansısa geosiyasi mənafelər naminə və həm də Amerikadakı erməni lobbisinin, erməni kökənli seçicilərin xoşuna gəlsin deyə Baydenin eyni səhvi ikinci dəfə təkrarlaması ABŞ kimi superdövlət üçün rüsvayçılıqdır.

1915-ci il hadisələri elə də uzaq tarix deyil ki, həmin vaxt Birinci Dünya müharibəsinin fonunda həm bəzi Qərb ölkələri, həm də çar Rusiyası tərəfindən qızışdırılan ermənilərin Osmanlı Türkiyəsinə qarşı atdığı xəyanətkar addımlarını, onların türklərə qarşı törətdiyi kütləvi qırğınları və Osmanlı hökumətinin məcburi köç siyasətini həyata keçirməsini araşdırmaq mümkün olmasın. Erməniləri qızışdıran dövlətlərin də, ermənilərin törətdikləri vəhşiliklərin də yer aldığı bütün sənədlər, sübutlar həm Türkiyə arxivlərində, həm də dünyanın bir sıra arxivlərində, o cümlədən ABŞ-ın özündə saxlanmaqdadır.

Buyursunlar, tarixi faktların və həqiqətlərin obyektiv şəkildə araşdırılıb üzə çıxarılması üçün tarixçi alimlərdən ibarət beynəlxalq komissiya və ya Türkiyə və Ermənistanla birgə müştərək işçi qrup yaratsınlar və məhz həmin komissiya və ya qrupun ortaya qoyacağı nəticələr əsasında hökm versinlər. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da bu barədə dəfələrlə çağırışlar edib. Lakin həm ABŞ prezidentləri, həm də ki, Ermənistan rəhbərləri Türkiyə liderinin bu çağırışlarına hər zaman səssiz qalıblar.

Onlar 1915-ci il hadisələrinin obyektiv surətdə araşdırılmasında maraqlı deyil. Bu mənada, real tarixi faktlara və beynəlxalq hüquqa söykənməyən açıqlamalar, bəyanatlar C.Bayden kimi liderlərə əsla başucalığı gətirmir. Nə Baydenin, nədəki digər liderlərin tarixə qarşı bu cür hörmətsizlik nümayiş etdirməyə, tarixi faktlarla spekulyasiya etməyə və həqiqətləri təhrif etməyə ixtiyarları yoxdur.

Ermənilər bütün dünyada tarix “oğru”su, tarix saxtalaşdırıcıları kimi tanınıb. Bayden kimi bir lider də “erməni qələmi”ndən çıxmış bəyanatla çıxış edib 1915-ci il hadisələrini “soyqırımı” kimi təqdim edirsə, deməli, o da erməni saxtakarlığına şərik çıxır, saxtakarların yanında yer alır. Biz buna təəssüf edir və tarixi faktları siyasi və geosiyasi maraqlar naminə saxtalaşdıran, təhrif edən ABŞ liderinə etirazımızı bildiririk.

Eyni zamanda sıravi amerikalıları da, Demokratlar Partiyasının təmsilçisi kimi prezident seçkilərində Baydenə səs vermiş seçiciləri də öz liderlərinin bu cür qərəzli bəyanatına fəal münasibət bildirməyə, rəsmi Vaşinqtonun ermənipərəst siyasətinə etirazlarını bildirməyə çağırırıq.

Ukraynada (Buçada) törədilmiş qətliamların soyqırım olub-olmadığına hüquqşünasların, məhkəmənin qərar verməli olduğunu söyləyən bəzi Qərb liderlərinin, 107 il bundan öncə baş vermiş hadisələri heç bir hüquqşünas, məhkəmə rəyi olmadan “soyqırımı” adlandırması əsl Qərbsayağı riyakarlıq və “ikili standart”lar fəlsəfəsindən çıxış etməkdir. Biz bu cür ədalətsiz mövqeyi rədd edir, “ikili standart”lar siyasətini qətiyyətlə qınayırıq.

ABŞ liderinin və onun bəzi həmkarlarının bu davranışı Türkiyəyə qarşı düşmənçiliyi körükləməkdən və eyni zamanda son zamanlar sürətlənməkdə olan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərbə vurmaqdan başqa bir şey deyil.

Milli Həmrəylik Partiyası olaraq qondarma “erməni soyqırımı” məsələsinin zaman-zaman siyasiləşdirilərək gündəmə gətirilməsi cəhdlərini qəbuledilməz hal kimi qiymətləndirir və hesab edirik ki, bu cür xoşagəlməz ənənəyə artıq son qoyulmalıdır. ABŞ prezidentini tarixi gerçəkliklərə hörmətlə yanaşmağa və ədalətli siyasət yürütməyə çağırırıq!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər