Baydenin "soyqırımı” ifadəsini işlətməsi sülh prosesinə xələl gətirir
ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlətməsi Ermənistanı sülhdən yayınmağa təhrik edir, hazırkı danışıqlar, sülh prosesinə xələl gətirir.
Bu fikir Milli Cəbhə Partiyasınln Co Baydenin “erməni soyqırımı” ifadəsi ilə bağlı verdiyi Bəyanatda yer alıb.
Bəyanatda qeyd edilir ki, ABŞ prezidenti Co Bayden 1915-ci il hadisələri ilə bağlı açıqlamasında növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlədib.
Qeyd edək ki, 44 günlük müharibədən sonra Türkiyəylə Ermənistan arasında münasibətlər yaxşılaşıb. Ermənistanın nümayəndə heyəti Türkiyədə rəsmi səfərdə olub. Azərbaycanla Ermənistan nümayəndələri Türkiyədə danışıqlar aparıblar.
Bundan əlavə Avropa İttifaqının vasitəçiliyi ilə iki ölkə arasında Brüssel görüşü baş tutub. Hazırda Azərbaycanla Ermənistan münasibətləri yaxşılaşmağa doğru gedə, sülh müqaviləsi bağlana bilər.
Belə bir zamanda ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlətməsi Ermənistanı sülhdən yayınmağa təhrik edir, hazırkı danışıqlar, sülh prosesinə xələl gətirir.
ABŞ prezidenti Co Baydenin belə bir ifadə işlətməsinə təəssüf edirik. Biz ümid edirik ki, bundan sonra ABŞ Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesinə öz töhfəsini verəcək, sülhün yaranması üçün köməkliyini əsirgəməyəcək.