"Fransa tarixdə insan qətliamlarında əli olanların ilk sırasında dayanır"
Əminliklə deyə bilərəm ki, Fransa tarixdə insan qətliamlarında əli olanların ilk sırasında dayanır. Hər bir dövlət üçün birinci olaraq onun maraqları dayanır. Maraqları naminə soyqırımı da, deyə bilər, adi insan ölümü kimi də baxa bilər.
Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Elman Vəliyev deyib.
Politoloqun fikrincə, Fransa XVI əsrdən müstəmləkəliyə başlayıb. Bu yolda ona maneə olanların əksəriyyətini "qılıncdan" keçirdib: "Bunların içərisində Afrika öndə dayanır. Əlcəzair 1954-1962-ci illərdə dekolonizasiya yolunda mübarizə apararkən minlərlə insan Fransa gücləri tərəfindən öldürüldü. 1994-cü ildə Ruandada öldürülən 800 min insanın qanında Fransa əli vardıd. Bu faciədən 4 il sonra Sabiq prezident Mitteran bu hadisəni adi bir vəziyyət olduğunu dilə gətirdi. Bu gün Makronun Buçada olan vəhşilikləri gözardı etməsi gözlənilən hal idi. Diqqət etmək lazımdır ki, Fransa prezidentlərinin əksəriyyəti Rusiya yanlısı olur. Amerika və Britaniya ağır sanksiyaları tətbiq edərkən və Rusiya işğalını pisləyərəkən Fransa tərəfi ifrat təzyiqlər göstərmədi".
E.Vəliyev deyib ki, qondarma erməni soyqırımı Fransa rəhbərləri tərəfindən öz legitimlikləri üçün məharətlə istifadə etdikləri bir siyasi kartdır: "Buçada, Xocalıda, Bakıda, Ruandada olanlara hüquqşünaslar qiymət verməlidir ki? Niyə bu faciələri öz boyunlarından hüquq müstəvisinə yıxırlar. İndi güya, hüquqi cəhətdən bu soyqırımı sayılmır düşüncəsi mövcuddur. Soyqırımı bir millətin, xalqın məhv edilməsi ilə eyniləşdirilir. Bu heç də düzgün bir tendensiya deyildir. "Erməni" etnik qrupunun soykökü məhv edilib ki, bunu soyqırımı kimi qiymətləndirirlər, əlbəttə ki yox. Bu etnik tayfa güclərin maraqlarına xidmət etmək üçün vardır. Amerika, Fransa prezidentləri seçkiqabağı reytinq qazanmaq üçün bu qrupdan istifadə edirlər, yoxsa bu tayfaya canı yandıqlarından deyil. Həmçinin Rusiya da bu kukla dövlətdən istifadə edənlərdəndir. Bu kartdan hələ bir xeyli müddət istifadə edəcəklər".