Sizin Reklam Burada

Ermənistan parlamentində Türkiyə ilə bağlı dinləmə keçiriləcək

Ermənistan parlamentində Türkiyə ilə bağlı dinləmə keçiriləcəkErmənistan parlamentində Ermənistan-Türkiyə münasibətləri mövzusunda dinləmələr keçiriləcək.

Bu barədə Ermənistanın qanunverici orqanının rəsmi saytında məlumat yerləşdirilib.

“Aprelin 21-də saat 11:00-da “Hayastan” fraksiyasının təşəbbüsü ilə parlament “Ermənistan və Türkiyə arasında münasibətlərin konseptual müddəaları haqqında” bəyanat layihəsinə dair dinləmələr keçirəcək”, - məlumatda deyilir.

Xatırladaq ki, ötən il İrəvan və Ankara danışıqlar üçün xüsusi nümayəndələr təyin ediblər. Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın birinci görüşü yanvarın 14-də Moskvada, ikinci görüşü isə fevralın 24-də Vyanada baş tutub. Diplomatlar təsdiqləyiblər ki, danışıqların yekun məqsədi iki ölkə arasında münasibətlərin tam normallaşmasıdır.

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur, sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər