Sizin Reklam Burada

Azərbaycan dünyaya tarixi qələbəsinin qəbul etdirdi

Azərbaycan dünyaya tarixi qələbəsinin qəbul etdirdiMalik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri


12 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirildi. Müşavirədə cari ilin birinci rübünün yekunları, qarşıda duran vəzifələr və ilin sonuna qədər olan planlar müzakirə olunmuşdur. Prezident İlham Əliyev çıxış edərək ilin üç ayının ölkəmiz üçün uğurlu olduğunu və bu uğurun ötən ildə əldə olunmuş uğurların davamı kimi qiymətləndirmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında demişdir: “Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Müharibədən sonra birinci il olmuşdur. Əlbəttə ki, müharibədən sonrakı dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olmuşdur. Bizim əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır”. Bəli Azərbaycan dünyaya öz tarixi qələbəsinin qəbul etdirdi və həm də azad edilmiş torpaqlarda bərpa işlərinə başladı. O cümlədən Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təkliflərini irəli sürüb və irəli sürülən təkliflər artıq Ermənistsn tərəfindən qəbul edilir. Bununla da Azərbaycan ərazi bütövlüyünü təmin edir və Ermənistan ərazi iddiasından əl çəkir.

Prezident İlham Əliyev çıxışında bununla bağlı deyib: “Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, - bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir”.

Buradan məlum olur ki, müharibədən sonra aparılan siyasət doğrudur və Azərbaycanın ərazi bütövlüyünə, gələcəyinə və inkişafına hesablanmışdır. Prezident İlham Əliyevin 2021-ci ildə Füzuli, Şuşa, Zəngilan, Laçın, Cəbrayıl, Xocavənd, Ağdam, Kəlbəcər və Hadruta etdiyi səfərləri, işğaldan azad edilmiş ərazilərin bərpası, Ağdam və Füzuli şəhərlərinin baş planlarının təsdiq edilməsi, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazilərində yaşayış binalarının təməlinin qoyulması, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilməsi, cari ildə “Zəfər Yolu”nun açılışı, Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlıda yarımstansiyaların, “Güləbird” və “Kəlbəcər-1” su elektrik stansiyasının istifadəyə verilməsi bunun bariz nümunəsidir. Bununla yanaşı Qarabağda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər davam etdirilir.

Prezident İlham Əliyev bu il Qarabağda görüləcək işlərlə bağlı da məlumat verib: “Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar. Bir sözlə, bu mənzərə hər şeyi necə deyərlər, göstərir. Bu ilin üç ayında əldə edilmiş iqtisadi nailiyyətlər əminəm ki, ilin sonuna qədər davam edəcək. Çünki biz görürük ki, buna nail olmaq üçün imkanlar var. Beləliklə, biz bu ili də uğurla başa vuracağıq”.

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinə və 10 noyabr Bəyannaməsinə münasibət bildirərkən deyib: “Mən bir məsələyə də diqqət yetirmək istərdim. Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər